Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:53

Səudiyyəli din xadimi: 'Bitcoin haramdı'


Bitkoyn. İllüstrasiya
Bitkoyn. İllüstrasiya

Saudiyyə Ərəbistanının nüfuzlu din xadimi Assim Al-Hakeem bildirib ki, bitkoyn və başqa kriptovalyutalar İslama zaddir.

"Biz bilirik ki, bitkoyndan istifadə edənlər kimliyini gizli saxlaya bilir. Bu o deməkdir ki, belə valyutadan çirkli pulların yuyulması, narkotik maddə alış-verişi və haram pulların mübadiləsi üçün istifadə edilə bilər".

Din xadimi bunu özünün televiziya proqramında bildirib.

"Bu, mücərrəd bir şeydi. Əgər mənim dollarım, sənin də avron varsa, bizim bu pulları bir-birimizlə dəyişməyimiz İslama zadd deyil. Bir şərtlə ki, bu pul birbaşa əldən-ələ keçsin. Virtual valyutanın mübadiləsi belə deyil".

Din xadimi deyib ki, bitkoyn təzə bir fenomen olduğu üçün İslam alimləri tərəfindən geniş müzakirə edilməyib.

Buna da bax: Bitkoyn mərkəzi bankları işə salıb

Onun fikrincə, virtual valyutalar cism deyil ki, ona toxuna biləsən, "bu, pulu vakuuma, boşluğa atmaq kimi bir şeydir".

Bitkoynun qiyməti son 1 ildə 10 dəfə artıb və 10 min dollara çatıb.

Bundan əvvəl Türkiyənin Dini İşlər İdarəsi də bitkoynun haram olması barədə fitva vermişdi.

İdarə demişdi ki, virtual valyuta "spekulyasiyalara açıqdır" və ondan qanunsuz əməliyyatlarda istifadə oluna bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG