Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 14:28

Bir gündə 548 yoluxma, 10 ölüm


İyulun 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 548 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər vəfat edib, 491 nəfər sağalıb.

Azərbaycanda ilk dəfədir ki, infeksiyadan bir gündə ölənlərin sayı 10 nəfərdir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir.

Azərbaycanda ümumilikdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 13 min 591 nəfərin sağaldığı, 284 nəfərin vəfat etdiyi, 8 min 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdirildiyi bildirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 505, ötən müddət ərzində isə ümumilikdə 544 min 735 test aparıldığı qeyd olunur.

XS
SM
MD
LG