Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

Qızlardan ikisinin ayaqqabısı olmadı deyə məktəbə getmədilər


Xədicə 7-ci, Fatimə 6-cı, kiçik qızı Ruqiyyə isə 1-ci sinif şagirdidir.
Xədicə 7-ci, Fatimə 6-cı, kiçik qızı Ruqiyyə isə 1-ci sinif şagirdidir.

Astara rayonun Rüdəkənar kənd sakini Ülvi Quliyevin 3 qızı var. Xədicə 7-ci, Fatimə 6-cı, kiçik qızı Ruqiyyə isə 1-ci sinif şagirdidir.

«Uşaqların ayaqqabısı yoxdur»

Ülvi Quliyev deyir ki, uşaqlarından ikisini məktəbə göndərə bilməyib. Baxmayaraq ki, hər ikisi əlaçıdır. O, bunun səbəbini belə izah edir: «Uşaqların ayaqqabısı yoxdur. Dərs ləvazimatlarini ala bilməmişəm. İki il bundan əvvəl məktəbli formalarını almışam. Onda bu formaların hər birinə 45 manat pul vermişdim. İndi bahalaşıb, ala bilmirəm. Köhnə paltarla da keçinmək olar. Lakin qalan ləvazimatlarını almaq üçün heç olmasa 200 manat pul lazımdır. Elə məktəbli çantaları 20 manatdan yuxarıdır. Hardan gətirim alım?»

Buna da bax:​ İmkansızlıqdan uşaqları məktəbə göndərmir

«Uşaqların ayaqqabısı yoxdur. Dərs ləvazimatlarini ala bilməmişəm. İki il bundan əvvəl məktəbli formalarını almışam. Onda 45 manat idi. İndi bahalaşıb, ala bilmirəm...»

«Gözdən əliləm, yoldaşım heç yerdə işləmir».

Ülvi Quliyevin dediyinə görə, ailənin yeganə gəliri onun aldığı 135 manat pensiyadır: «Gözdən əliləm, buna görə 135 manat alıram. Yoldaşım heç yerdə işləmir. Onun üçün xadiməlik istədim, vermədilər. Ona da pul istəyirlər. İrana gedirdim 5-6 manat qazanırdım. İndi ayda bir dəfə buraxırlar İrana. O da heç nə. Ailənin qarşısında xəcalət çəkirəm. Uşaqlarım ayaqqabıya görə dərsə gedə bilmirlər. Münasib iş istəyirəm, ailəni dolandırım. Yoxdur. Bu il həyətyanı sahədən də bir şey əldə edə bilmədim»

Kənd məktəbində bildirdilər ki, Quliyeva bacıları nümunəvi şagirddirlər və həmişə təhsildə fərqləniblər.

Ülvi Quliyevin bildirdiyinə görə, rayon icra hakimiyyəti başçısının yanında olub. Ailə vəziyyətinin ağır olduğunu, uşaqlarının məktəbə gedə bilməyəcəklərini deyib: «Məni tapşırdı təhsil şöbəsinə. Telefon nömrələrimi götürdülər. Ondan sonra məni axtaran olmadı. Kiçik qızım Ruqiyyə bu il birinci sinfə gedir. Borc-xərc edib onun üçün məktəbli formasını, çanta, dərs ləvazimatlarını və digər lazım olanları aldım. Bu gün (dünən, sentyabrın 15-də) onu kənd orta məktəbinə dərsə göndərdik. Lakin ikisi qaldı».

Buna da bax:​ Vaqon ev, şam işığı və aclıq…

«Yaşıdlarım hamısı məktəbə getdi, mən qaldım».

«Kiçik qızım Ruqiyyə bu il birinci sinfə gedir. Borc-xərc edib ona məktəbli forması, çanta və s. aldım. Bu gün onu dərsə göndərdik. Lakin ikisi qaldı».

Onun qızı, 6-cı sinif şagirdi Fatimə Quliyeva da məktəbə gedə bilməməsini belə nəql edir: «Ayaqqabım yoxdur. Bacımın da ayaqqabısı yoxdur. Heç nəyim yoxdur. Dərs ilin birinci günündə evdə qaldıq. Mən isə dərsə getmək istəyirəm. Yaşıdlarım hamısı məktəbə getdi, mən qaldım. Bilmirəm haçana kimi belə olacaq».

Rüdəkənar kənd orta məktəbində bizə bildirdilər ki, Quliyeva bacıları nümunəvi şagirddirlər və həmişə təhsildə fərqləniblər.

Buna da bax:​ Əhalinin cəmi 5 faizində “yoxsulluğun buynuzu” varsa...

Vəd...

Fatimə Quliyeva danışdıqca gözlərindən yaş gəlir. Özünü hıcqırıqdan güclə saxlayır.

Fatimə Quliyeva danışdıqca gözlərindən yaş gəlir. Özünü hıcqırıqdan güclə saxlayır. Quliyevlərin yaşadığı ev də yarımtikilidir. Ülvi Quliyev deyir ki, evi tamamlamaq heç ağlına gəlmir. Qaz və işıq pullarını belə verə bilmir. Onun istəyi qısa müddətdə uşaqlarına ayaqqabı almaqdır.

Astara rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, Ülvi Quliyev onlara yenidən müraciət etsin. Quliyevlərə kömək etməyi vəd etdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG