Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:05

“İydən evdə otura bilmirik”


İllüstrasiya
İllüstrasiya

►"Təmiz Binəqədi yox, Qəliz Binəqədi"

“Deyim ki, pul ayrılmır, ayrılır axı… Vallah, bu dəqiqə gedək araşdıraq, görün şəxsən bizim məhəllənin təmizlənməsinə nə qədər pul ayrılır. Dirəyi burdan çıxarıb, aparıb 5 metr o tərəfə basdırırlar, ortada pulları basıb yeyirlər”.

Biləcəri qəsəbəsi, Ordubadi küçəsinin sakini Fərhad İsgəndərov AzadlıqRadiosuna həmin küçənin problemlərindən danışır.

Sakini narahat edən odur ki, məhəllədəki qapılar birbaşa kanalizasiya suları axan gölməçəyə açılır:

“Uzun illərdir ki, aidiyyəti qurumların səhlənkarlığı ucbatından antisanitariya şəraitində yaşayırıq. Bu gölməçəni qurudacaqlarını söz veriblər, ancaq illərdir ki, elə söz olaraq qalıb. Ətrafdakı yaşayış evlərinin, iaşə obyektlərinin çirkab suları bu gölməçəyə axır. Bax, yay qapıdadır, yenə üfunətdən, ilan-qurbağadan küçəyə çıxa bilməyəcəyik. Elə gün olur, qapıları, pəncərələri bərk-bərk bağlayıb evdən çıxmırıq”.

Deyir, əslində, ətrafdakı evlərin və obyektlərin çirkab sularının axıdılması üçün kanalizasiya xətti var. Ancaq ildən ilə artan evlərin sularını çəkib aparmaq gücündə deyil. Həmin xətt də tez-tez partlayanda dərd üstünə dərd gəlir – onun çirkab suları da həmin gölməçəyə axır.

“TUALETLƏRİN ÇİRKABLARI DA BURAYA AXIR”

Məhəllə sakini Bəxtiyar Əliyev deyir, vəziyyəti Binəqədi rayon İcra Hakimiyyətinə və başqa dövlət qurumlarına da bildiriblər. Ancaq böyük bir ərazi hələ də çirkab suların əlində qalıb:

“Buranı kanalizasiya kanalına çeviriblər. 10 ildir ki, əraziyə köç edən öz kanalizasiya xəttini bu gölməçəyə birləşdirir. Halbuki, bu ərazi bunun üçün nəzərdə tutulmayıb. Adamları da qınamalı deyil. Deyirlər, “normal kanalizasiya xətti çəkilsin, biz də zir-zibilimizi gölməçəyə tökməyək”. Ancaq adamlar başa düşməlidilər ki, tökdükləri çirkab suların qoxusu özlərinə gedir. Tualetlərin də çirkabları bura axır. İydən evlərdə oturmaq olmur. Şəxsən mən torpaq alıb burada ev tikəndə belə problem yox idi. Düzdür, ətrafında qamışlıq olan gölməçə var idi, ancaq bu qədər çirkab su axıdan yox idi”.

Ərazidəki evlərdə təmir işləri görülür, ancaq kəskin rütubət tezliklə insanların əziyyətini boşa çıxarır:

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

“TƏMİZ BİNƏQƏDİ” YOX, “QƏLİZ BİNƏQƏDİ”

Bəxtiyar Əliyev:

“Binəqədi rayonu ərazisində təqribən 3 ildir ki, “Təmiz Binəqədi” yazıblar. Ancaq mən təklif edərdim ki, bu layihənin adını dəyişib “Qəliz Binəqədi” qoysunlar. Çünki bu layihə yalnız eyni yolların sökülüb təmir olunmasından, normal vəziyyətdə olan parkların sökülüb təzədən tikilməsindən ibarətdir. Milyonlarla pulu göyə sovurmaqdansa, gəlsinlər, bu gölməçəni qurutsunlar, adamlar zəhərli hava udur”.

Binəqədi rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Ordubadi küçəsindəki vəziyyətdən xəbərdardırlar. Qurumun əməkdaşları bir neçə dəfə əraziyə baxış keçiriblər. Yaxın vaxtlarda ərazinin təmizlənərək qurudulması və yeni kanalizasiya xətlərinin çəkilməsi üçün “Azərsu” ASC-yə müraciət olunacaq.

Buna da bax: Bu kəndin cəmi bir sakini var...

Bu kəndin cəmi bir sakini var...
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

XS
SM
MD
LG