Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 00:59

'Binə' tcarət mərkəzində yanğın olub


"Binə" ticarət mərkəzi, arxiv foto

Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın olub. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Bir müddət sonra nazirlik yanğının söndürüldüyünü açıqlayıb, amma dəyən ziyanın həcmi barədə hələ ki, hər hansı məlumat yoxdur.

“Binə” ticarət mərkəzində əvvəllər də yanğın halları baş verib. Tənqidçilər ölkənin ən iri ticarət mərkəzlərindən biri olan “Binə”də təhlükəsizliyin qorunması üçün yetərli tədbirlərin olmadığını vurğulayırlar.

Hər yanğında sahibkarlar milyonlarla manat zərərə düşüb, onlar AzadlıqRadiosuna açıqlamalarında mallarını sığortalanmadıqlarını bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG