Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:03

Bill Gates yenə milyarderlərin önündə gedir


Bill Gates
Bill Gates

«Microsoft» şirkətinin yaradıcılarından olan Bill Gates yenə də «Forbes» jurnalının milyarderlər siyahısında başda durur.

ABŞ prezidenti Donald Trump isə 200 pillədən çox geriləyib. Bu barədə dərgi bazar ertəsi məlumat yayıb.

Buna da bax-Trump-dan da varlı dövlət başçıları var

Sərvəti 86 milyard dollar həcmində dəyərləndirilən Gates artıq 4 ildir siyahının başındadır. Ondan sonra «Berkshire Hathaway» şirkətinin rəhbəri Warren Buffett gəlir. İlk onluqda əsasən texnologiya sektorunda çalışan amerikalılar üstünlük təşkil edir. Buffett-in sərvəti 75.6 milyard dollar dəyərindədir.

Siyahıda 3-cü yeri «Amazon» şirkətinin yaradıcısı Jeff Bezos tutur.

Dünyada milyarderlərin sayı ötən il 13 faiz artaraq 2 min 43 nəfərə çatıb. Bu, «Forbes»un bu siyahını tərtib etdiyi 31 il ərzində ən böyük illik artımdır.

Ən çox milyarder – 565 nəfər ABŞ-dadır. Çində 319, Almaniyada 114 milyarder var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG