Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

İndi də 'Big data' sizi yönəldəcək...


İnternet təhlükəsizliyi.
İnternet təhlükəsizliyi.

Son zamanlar dünya mətbuatı sosial şəbəkələrin, çoxumuzun orada qoyduğumuz, hətta kənar şirkətlərə ötürdüyümüz şəxsi bilgilər toplusunun, başqa sözlə, "Big data"nın (Böyük Verilənlər) ABŞ-da prezident seçkisində Donald Trump-ın qələbəsinə töhfəsindən yazır.

İsveçrənin "Das Magazin" nəşri "Cambridge Analytica" şirkəti barədə məqalə dərc edib. Guya bu şirkət dəqiq marketinq hədəfləməsi ilə amerikalıların seçiminə təsir etməyə nail olub.

Buna da bax:​ Trump Tillersonu dövlət katibi təyin etdi

"İnformasiya mədəniyyəti" muxtar təşkilatının direktoru İvan Begtin deyir ki, iri şirkətlər və beynəlxalq holdinqlər potensial müştərilərinin fikrini manipulyasiya edirlər. Onun sözlərinə görə, "Big data"nın bilavasitə vətəndaşların şəxsi bilgiləri ilə heç bir əlaqəsi yoxdur. "Vətəndaşların bilgiləri irihəcmli məlumatlardan biridir", – o deyir.

RƏQƏMLİ MƏLUMAT İNTERNETƏ ÖTÜRÜLÜR

“’Big data’ o qədər nəhəng həcmdə məlumatdır ki, siz onu yerli kompüterinizlə hesablaya bilməzsiniz. Bu, ən müxtəlif bilgilər ola bilər - elementar hissəciklərin sürətinin və başqa parametrlərinin hesablanmasından tutmuş, genom barədə bilgilərə və nəhayət, sosial şəbəkələrdəki verilənlərə qədər. Əlbəttə, sosial şəbəkələrdən gələn bilgilərin kosmik araşdırmalar və mürəkkəb fizika təcrübələrindən əldə edilənlərdən çox olduğunu düşünməyə dəyməz. Güman ki, "Big social data" (Böyük sosial məlumat bazası) daha çox sosial şəbəkələrdən əldə olunan məlumatlardır.

Buna da bax:​ ABŞ kiberhücumlara görə sanksiyalarla hədələyir

Son ...bir neçə ilin əsas dəyişikliyi bu məlumatların həcminin kritik həddə çatmasıdır. Artıq onların əsasında, bəzi xarici stimullardan asılı olaraq, insanların davranışını yetərincə dəqiq proqnozlaşdırmaq olur", – İvan Begtin deyir.

Ekspertin sözlərinə görə, insan özü barədə bütün mümkün rəqəmli məlumatı internetə ötürür: "Hətta mobil telefondan nə qədər tez-tez istifadə etdiyiniz, ona necə toxunduğunuz, brauzerinizin tarixi, baxdığınız videolar, sosial şəbəkələrdə qoyduğunuz layklar..."

Begtin deyir ki, bu bilgilərin köməyilə milyonlarla insanın bir insan barədə fikrini formalaşdırmaq mümkündür.

Buna da bax:​ İnternetdə terrorçu materialları “barmaq izləri” ilə tutacaqlar

MÜMKÜN SEÇİM HESABLANIR

"Paranoya bundan ibarətdir ki, kimsə bir adamın mümkün seçimini dəqiqliklə hesablaya bilər. Sonra bu İsveçrə nəşrinin yazdığı kimi, bu adama həmin reklam məlumatını təklif edə bilər. Nəticədə həmin adam öz iradəsinin əksinə olaraq, seçki məntəqəsində gizli manipulyatorun istədiyi namizədə səs verər.

...Bir çox başqa texnologiyalarda olduğu kimi, məlumatın təhlili texnologiyası və onun konkret adamın davranışına tətbiqi, sözsüz ki, artıq onillərdir ki, mövcuddur. Bunu, əsasən, internetin liderləri sayılan və internet reklamından aktiv pul qazanan şirkətlər tətbiq edir", – deyə ekspert izah edir.

Buna da bax:​ Saytlarda saxta xəbər necə yayılır?

Ancaq o hesab edir ki, bu sahədə məhdudiyyətlərin qoyulması zəruridir. "Bu məhdudiyyətlər milli, yoxsa dünya, beynəlxalq qurumlar səviyyəsində olmalıdır – bax, sual budur. Məncə, milli səviyyədə məhdudiyyətlər qeyri-effektiv olardı. Çünki bütün bu şirkətlər dünya bazarında mövcuddur və bizim həyatımıza hər hansı milli dövlətdən daha çox təsir edir",İvan Begtin deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG