Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

“ABŞ ölkənin nəqliyyat və enerji sisteminə kiberhücum edənlərə qarşı sanksiyalar tətbiq edəcək”.

Bunu Ağ evin terrorçuluqla mübarizə üzrə müşaviri Lisa Monaco bəyan edib.

Onun sözlərinə görə Rusiya ilə Çin bu sahədə daha qəti və təcrübəli operatorlara cevirilirlər.

Monaco həmçinin İranın ABŞ banklarının saytlarına kiberhücum elədiyini və nəticədə müştərilərin xidmətsiz qaldığını bildirib.

Onun sözlərinə görə Şimali Koreya da bu cür hücumlar edə bildiyini nümayiş etdirib.

Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu hazırda Demokrat Partiyası Milli Komitəsinin şəbəkəsi və elektorn yazışmalara müdaxilənin Kreml tərəfindən törədilməsinin mümkünlüyünü araşdırır.

Bu yazışmaların WikiLeaks saytına məhz ötən cümə, demokratların Filadelfiyada keçirilən konvensiyası ərəfəsində ötürülməsinin təsadüfi olmadığı düşünülür.

Bir sıra ABŞ rəsmilərinin fikrincə, demokratlara aid yazışmaların sızdırlmasında məqsəd, respublikaçı Donald Trumpın seçki kampaniyasını möhkəmlətməkdir.

Demokrat Partiyanın emaillərindən bəzilərində prezidentliyə iddiaçı Bernie Sandersə qarşı müəyyən xoşagəlməz müddəalar irəli sürülüb.

Məhz buna görə də bəzi təhlilçilər hesab edir ki, hakerlərin məqsədi Clintonu Sandersin dəstəyindən məhrum etmək olub.

ABŞ-ın bir sıra internet təhlükəsizliyi ekspertləri bildirib ki, haker hücumunda Rusiya hökumətinin dəst-xətti aşkardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG