Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

Biden respublikaçı keçmiş senatoru Türkiyəyə səfir təyin etdi


Keçmiş ABŞ senatoru Jeff Flake
Keçmiş ABŞ senatoru Jeff Flake

ABŞ prezidenti Joe Biden Respublikaçılar partiyasından olan keçmiş senator Cef Fleyk-i (Jeff Flake) ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təyin edib.Bu barədə iyulun 13-ü-gecə saatlarında Reuters agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu təyinat ABŞ-Türkiyə münasibətlərinin gərildiyi bir dövrə təsadüf edir.

“ABŞ-ın NATO-da əzəli müttəfiqi olan Türkiyə ilə münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq, Prezident Biden-in bu təyinatla mənə göstərdiyi etimaddan qürur duyuram.Bu vacib bir dönəmdə hər iki ölkə üçün mühüm bir postdur”-deyə o vurğulayıb.

2013-2019-cu illərdə Arizona ştatından senator olmuş Fleyk, keçmiş prezident Donald Trump-ən aktiv tənqidçilərdindən biridir.

Türkiyənin Rusiyadan S 400 raket kompleksləri alması, Suriya münaqişəsi və Aralıq dənizi hövzəsi ilə bağlı siyasi fikir ayrılıqları da daxil olmaqla, son bir neçə ildir ki, Vaşinqtonla Ankara arasında xeyli problem yaşanır.

Rusiya-S-400 Zenit-raket kompleksləri
Rusiya-S-400 Zenit-raket kompleksləri

Reüters yazır ki, Joe Biden Türkiyəyə ilə münasibətlərdə əvvəlki prezident Donald Trump-dan daha soyuq tonda davranır.

Belə ki, Biden bu yaxınlarda, Osmanlı İmperiyası dövründə ermənilərin kütləvi qırğınlara məruz qalmasını “soyqırım” adlandırıb. Bundan başqa o, insan haqlarının vəziyyətinə görə Türkiyə hakimiyyətinə tənqidləri artırıb.

Amma Reüters yazır ki, hər iki ölkənin liderləri ötən ay Brüsseldə keçirdikləri təkbətək görüşdə, ikitərəfli münasibətlərin perespektivinə nikbin yanaşdıqlarını bəyan elədilər.

Qeyd edək ki, Türkiyə NATO-da ABŞ-ın ən vacib tərəfdaşlarından biridir.

XS
SM
MD
LG