Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:07

'Beta' çayının istehsalı dayanmadı


Çay plantasiyasında.
Çay plantasiyasında.

Media ötən ilin oktyabrında Azərbaycanda «Beta» əmtəə nişanlı çayların istehsalçısı olan «Assam» şirkətinin fəaliyyətini qəflətən dayandırdığını yazmışdı.

Şirkətin özündə bunun səbəblərini açıqlamaqdan imtina etmişdilər. İndi məlum olub ki, elə həmin vaxtlar Türkiyənin «Beta Qida Sənaye və Ticarət A.Ş» şirkəti Lənkəran rayonunun Sütəmurdov kəndində «Assam»ın yerinə başqa bir şirkət qurub.

Buna da bax:​ Çay müəmması

Devalvasiya «Assam»ı müflis edibmiş

Vergilər Nazirliyi ölkədə yaradılan şirkətlərdən bir hissəsinin siyahısını yanvarın 26-da açıqlayıb. Onların arasında «SNAX» MMC də var. Şirkət ötən ilin oktyabrında - «Assam» MMC-nin ləğvinə qərar verildiyi vaxt təsis olunub. Ona başqası deyil, elə «Assam» MMC-nin rəhbəri Murat Mutlu başçılıq edir. «Beta» şirkətinin Bakıdakı ofisində onun qrupa daxil olduğunu AzadlıqRadiosu-na təsdiqləyiblər.

«Assam» MMC-nin ləğvinə hazırlıqlara başlansa da, proses yarımçıq qalıb və qurum hələ də ləğvetmə mərhələsinə qədəm qoymayıb.

Buna da bax: 'Beta' çayı istehsal edən şirkət bağlanır?

«Beta» şirkətində «Assam» MMC-nin bazardan çıxmasını onun müflisləşməsi ilə əlaqələndiriblər: «Bir çox müştəri aldığı çayın pulunu devalvasiyadan sonra ödəməkdən boyun qaçırdı. Nəticədə şirkət fəaliyyətini dayandırmalı oldu. İndi xaricdən gətirilən çayın paketlənməsi ilə «SNAX» MMC məşğuldur».

Çay paketləməkdən çay istehsalına

Hazırda «Beta» şirkəti Lənkəran rayonunda çay plantasiyaları salmaq məqsədilə əhalidən pay torpaqlarını alır. Bu ildən çay şitillərinin əkilməsinə başlanacaq. İndiyədək 100 hektara yaxın torpaq sahəsinin alındığı deyilir. Bu işdə qarşıya çıxan ən ciddi çətinlik bir çox torpaq sahibinin ölkədə olmamasıdır. Şirkətin Bakı ofisində belə deyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG