Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsini dəstəkləyəcək.

Bu haqda bu gün, noyabrın 25-i Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, sözü gedən məsələ energetika nazirinin müavini Gülməmməd Cavadovla AYİB-in vitse- prezidenti Alain Pilloux-un başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə edilib.

Görüşdə AYİB-in vitse-prezidentinin Azərbaycanla əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə etdiyi bildirilir.

Xəbərə görə, O, əlavə edib ki, bir sıra enerji layihələrində mövcud dəstək gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də davam etdirilə bilər.

AYİB-in vitse-prezidenti həmçinin, energetika sektorunda sahibkarlığın dəstəklənməsi layihələrinə maraqlarını da ifadə edib. O, müstəqil tənzimləyici orqanın yaradılması və qanunvericilik bazasının hazırlanmasında kömək göstərməyə hazır olduqlarını bildirib.

Görüşdə energetika sektorunda islahatların aparılması, enerji bazarının liberallaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində əməkdaşlığın perspektivləri də müzakirə mövzusu olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG