Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:55

Berlin prokurorluğu 'Liza işi' ndə ittiham irəli sürüb


Almaniya, Leipzig, 11 yanvar 2016
Almaniya, Leipzig, 11 yanvar 2016

Ötən ilin əvvəlində Rusiya telekanalları bu cinayət barədə məlumatı aramsız yayırdı. Olay hətta Rusiya ilə Almaniya arasında diplomatik böhran doğurmuşdu

"Nastoyaşşeye vremya" portalı yazır ki, Berlin prokurorluğu Almaniya paytaxtının 23 yaşlı sakininə qarşı "Liza işi" adıyla tanınan ittiham irəli sürüb. Söhbət Almaniyaya köçmüş rusiyalı almanların ailəsindən olan 13 yaşlı qızı mühacirlərin oğurlayıb zorlaması iddiasından gedir. Ötən ilin əvvəlində Rusiya telekanalları bu cinayət barədə məlumatı aramsız yayırdı. Olay hətta Rusiya ilə Almaniya arasında diplomatik böhran doğurmuşdu.

İki il öncə baş verən olay

Kimliyi açıqlanmayan kişiyə "uşaqlara qarşı xüsusilə ağır formalı cinsi zorakılıq" maddəsi üzrə ittiham irəli sürülüb. Prokurorluğun fikrincə, 2015-ci ilin oktyabrında Liza ilə kişi arasında cinsi münasibət hər iki tərədin razılığıyla gerçəkləşib. Ancaq məsələ orasındadır ki, həmin vaxt Liza "cinsi razılıq yaşına" (14 yaşa) çatmayıbmış. Almaniyada yaşı 14-ü haqlamayan şəxslərlə hər hansı cinsi əlaqə uşaqlara qarşı cinsi zorakılıq sayılır və qanunla cəzalandırılır.

Cinsi zorakılıq ittihamından başqa, kişiyə qarşı pornoqrafiya hazırlamaq suçu da irəli sürülüb. Onun qızla cinsi əlaqəsini videoya çəkdiyi bildirilir.

Rusiya mediasında Almaniya haqqında geden xəbərlər
Rusiya mediasında Almaniya haqqında geden xəbərlər

Rusiya mediasının versiyasını nazir Lavrov da dəstəkləyib

Lizanın bir gündən çox yoxaçıxma xəbəri ötən ilin yanvarında yayılmışdı. Rusiya mediası qızın 30 saatlığına yoxa çıxmasının onun öz iradəsi ilə baş vermədiyini, alman polisi və hökumətinin onun başına gələnləri gizlətdiyini iddia edirdi. Rusiya mediasının versiyasını ölkənin xarici işlər naziri Sergey Lavrov da dəstəkləyirdi.

Rusiya telekanalları Lizanın oğurlanaraq zorlanmasında bir qrup mühaciri ittiham edirdi. Bu cinayət barədə məlumat qısa müddətdə internetdə və Avropa ölkələrinin rusdilli icmaları arasında yayılmış, Rusiya almanlarının kütləvi etirazını doğurmuşdu.

Polisin versiyası fərqlənirdi

Polisin versiyası isə bütün istintaq dövründə fərqli idi. Onun iddiasına görə, yeniyetmə oğurlanmamış və zorlanmamışdı. Sadəcə, daha əvvəl cinsi əlaqəyə girmiş, amma bu barədə yaxınlarına bir söz deməkdən qorxmuşdu. Onun bir gündən çox müddətdə yoxa çıxmasına gəlincə, polisin versiyasına görə, o, oğurlanmamış, özü evdən getmişdi. Polis bildirir ki, Lizanın məktəbdə də problemləri olub və o bu problemləri də valideynlərindən gizlətməyə çalışıb. Daha sonra polis qızın 19 yaşlı dostunun evində gizləndiyini müəyyənləşdirib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG