Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:57

Berlin divarının çəkilməsinin 60-cı ildönümüdür


Berlin divarının yerləşdiyi ərazi
Berlin divarının yerləşdiyi ərazi

1961-ci il, avqustun 13-də Şərqi Almaniya əsgərləri 40 km-dən uzun tikanlı  məftilli və beton divarı hörməyə başlayıblar

Almaniya Berlin divarının tikintisinə başlanmasının 60-cı ildönümünü qeyd edir. Bu divar ölkəni iki rəqib siyasi sistemə parçalayıb, 28 il çəkən Soyuq Müharibənin simvoluna çevrilib.

Prezidenti Frank- Valter Ştaynmeyer və Berlinin meri Maykl Mueller avqustun 13-də Berlində ildönümü mərasiminə qatılacaqlar.

Onlar Berlin Divarı Memorialına əklil qoyacaqlar. Memorial Şərqi Almaniyadakı kommunist rejimindən Qərbə qaçarkən şərqi Almaniya sərhədçiləri tərəfindən öldürülmüş 140 nəfərin xatirəsinə ucaldılıb.

1961-ci il, avqustun 13-də Şərqi Almaniya əsgərləri 40 km-dən uzun tikanlı məftilli və beton divarı hörməyə başlayıblar. Kommunist rejimi bunu faşistlərin Şərqi Berlinə girməsini önləyəcəyini deyirdilər.

Beton divar boyunca müşahidə qüllələri də ucaldılmışdı. Bu sədd ailələri, dostları ayırdı, Avropanın Qərbində demokratik, Şərqində isə kommunist ölkələr arasında parçalanmanın simvoluna çevrildi.

Moskvapərəst Almaniya Demokratik Respublikasının (GDR) ilk 12 ili ərzində Qərbə 2.5 milyondan çox şərqi almaniyalı axışmışdı. Berlin hasarı bu axını da önlədi.

3.6 metr hündürlüyü olan hasar 1989-cu ilin noyabrında şərqdə xalq üsyanı nəticəsində dağıdıldı, Almaniya yenidən birləşdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG