Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:54

İmmun sistemi zəif olanlar üçün əlavə doza təsdiqləndi


Tehranda vaksin növbəsi
Tehranda vaksin növbəsi

Fransa və İsrail daxil bir sıra digər ölkələr də əhali üçün oxşar tövsiyələr veriblər

Birləşmiş Ştatların tənzimləyici orqanları immun sistemi zəif olanları koronavirusdan daha yaxşı qorumaq üçün onlara vaksinin əlavə dozasını vurmağa icazə verib.

Ərzaq və Dərman Agentliyinin (FDA) avqustun 12-də yaydığı bu açıqlama milyonlarla amerikalını əhatələyir. Onlar əsasən orqan transplantasiyası keçirənlər, müəyyən növ xərçəng və digər xəstəliyi olanlardır. Fransa və İsrail daxil bir sıra digər ölkələr də əhali üçün oxşar tövsiyələr veriblər.

Böyüklərin 3 faizi

“Məqsəd ən zəiflərimizi... COVID-19-dan qorumaqdır”, – Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib.

Yüksək risk qrupları ABŞ-da böyüklərin təxminən 3 faizini təşkil edir və buster dozası yalnız onlara aiddir, ümumi əhaliyə deyil.

ABŞ səhiyyə rəsmiləri peyvənd olunanların immunitetinin zəifləməsi məsələsini monitorinq edir. İndilik vaksinlərin ümumi əhalidə vaksinlərin möhkəm qorumanı təmin etdiyi bildirilir.

Bu arada delta ştammı Birləşmiş Ştatlarda və dünyanın digər yerlərində yayılmaqdadır. Bəzi ştatlarda yeni yoluxmalarda və hospitalizasiyada son ayların ən yüksək göstəricisi qeydə alınır. Artıq San Fransisko da restoranlara, barlara, idman zallarına giriş üçün vaksinasiyaya dəlil istəyir. Bu qaydanın səhiyyə işçiləri, müştərilər və ümumilikdə şəhəri qorumaq üçün vacib olduğu bildirilir.

Rusiya, Argentina, Avstraliya

Rusiyada avqustun 12-də koronavirusdan rekord sayda – 808 ölüm qeydə alınıb. Yeni yoluxmalarda azalmaya baxmayaraq ölkədə ölü sayı yüksək qalır.

Delta ştammı Rusiyada da sürətlə yayılır. 146 milyonluq əhalinin yalnız 27 faizinə vaksinin azı bir dozasının vurulduğu deyilir.

Artıq bir ildir Rusiya istehsalı Sputnik V vurulmağa başlayıb, amma onunla bağlı genişmiqyaslı skeptisizim vaksinasiyanın miqyasını azaldıb.

Argentina avqustun 12-dən Sputnik V-ni istehsal edərək yaymağa başlayacağını açıqlayıb.

Argentinada yaşı əsasən 60-dan yuxarı 6 milyondan çox şəxsə Sputnik V-nin azı bir dozası vurulub. Hökumət bu yaxınlarda ikinci doza kimi AstraZeneca və Moderna vaksinlərinin də vurula biləcəyini açıqlayıb.

Avstraliyada delta ştammı sürətlə yayılmaqdadır. Avqustun 13-də ən sıx məskunlaşmış Nyu Saus Uels vilayətində rekord 390 yoluxma aşkarlanıb.

Ştatın paytaxtı, Avstraliyanın ən böyük şəhəri Sidneydə iyunun 26-dan lokdaun elan olunub.

XS
SM
MD
LG