Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Babylon Berlin: Yeni alman serialı ən reytinqli televiziya filmi olacaq


The Guardian” yazır ki, 16 hissədən ibarət televizya serialı Babylon Berlin detektiv serialı qlobal miqyasda ən reytinqli televiziya filmi ola bilər.

Babylon Berlin serialı Veymar respublikasında baş verən hadislərdən bəhs edir. Büdcəsi 38 milyon avroluq bu serial Almaniya televiziyasında ən bahalı film sayılır.

Serial cinayət, korrupsiya, seks və düşkünlük səhnələri ilə zəngindir.

Tənqidçilərin fikrincə bu serial Avropanın ən populyar televiya filmlərinə rəqib olacaq.

Almaniya televiziyasında nümayişi bu aydan başlanan serial bu başdan adətən Skandinaviya serialları və ABŞ filmləri qədər populyarlıq qazanıb.

Die Zeit qəzeti yazır ki, bu filmdə tarixilik, seks və cinayət səhnələri bol olsa da, serialdakı aktyor oyunu yüksək səviyyədə qurulub.

Serialda Veymar respublikasında demokratiyanın kövrəkliyi, nasistlərin hakimiyyətə yüksəlişi dövrü təsvir edilir.

Tənqidçilərin fikrincə serialın buraxılışı əlamətdar bir dövrə, Almaniyada AfD populist partiyasının seçki uğuru qazandığı vaxta təsadüf edir.

Serial 180 gün ərzində 300 müxtəlif məkanda çəkilib.

Əslində əcnəbi tamaşaçıya hesablanmış bu serial ekspertlərin fikrincə, Almaniya televiziyasında çevrilişə səbəb ola bilər.

Manager jurnalı yazır ki, “nəhayət Almaniyanın da beynəlxalq standartlı serialı olacaq”.

Serialın süjeti Volker Kutscher-in bestseller detektiv romanları əsasında qurulub. Bu romanlardakı hadisələr 1929-1934-cü illərdə cərəyan edir.

1920-ci illərin sonlarında Berlin dünyanın ən modern şəhərlərindən biri sayılırdı.

Berlin Babylon serialı təkcə bədii əsər yox, ilk növbədə Almaniya tarixinin maraqlı dövrü barədə sənədli filmdir.

Der Spiegel yazır ki, serial beynəlxalq tamaşaçıya hesablansa da, Almaniyanın ənənəvi “qəzəb kinosunun” üslubunda çəkilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG