Berlinin mərkəzindəki 16 metrlik nəhəng akvarium dağılıb.
Reuters agentliyi oteldə baş vermiş hadisə nəticəsində küçəyə bir milyon litr suyun axdığını xəbər verir.
Şüşə qırıntılarından iki nəfər xəsarət alıb.
Akvariumda olan 1500-dək ekzotik balıq barədə hələki məlumat verilmir.
Akvariumun yerləşdiyi otelə yüzdən çox xilasedici və axtarış iti göndərilib.
Oteldə yaşayan 400 qonaq evakuasiya olunub. Hadisənin baş verdiyi Karl Libxnet küçəsi polis tərəfindən bağlanıb.
Almaniya paytaxtında temperatur bu səhər -7 dərəcə idi.
Radisson hoteldəki Sea Life Berlin adlı əyləncə mərkəzinin silindrşəkilli akvariumu dünyanın ən böyük şaquli akvariumu idi.
Berlin yanğınsöndürmə briqadasının sözçüsü AquaDom akvariumunun sınması səbəblərinin hələki məlum olmadığını deyib.
Sözü gedən akvariumu şəffaf liftlə təchiz etmiş şirkət də qeyri-müəyyən vaxtadək bağlandığını bildirib.
Nə xilasedicilər, nə də polis akvariumdakı 1500 nadir dəniz balığının taleyi barədə məlumat vermirlər.
Akvariumda son dəfə təmir işləri 2020-ci ildə aparılmışdı. O vaxt akvariumdakı su tamamilə axıdılmış, balıqlar isə zirzəmidəki çənlərə köçürülmüşdü.