Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:00

Türkmənistan prezidenti yeni mahnısı ilə rekordunu qırmaq istəyir


Gurbanguly Berdymukhamedov
Gurbanguly Berdymukhamedov

Türkmənistan 5-ci Asiya oyunlarının bağlanış mərasiminə hazırlaşır.

Azadlıq Radiosu Türkmənistan xidmətinin yazdığına görə, ölkə prezidenti Gurbangulu Medimukhamedov mərasimdə yeni bəsdələdiyi mahnını ifa etməli və mahnı boyu onu, avazla 7 500 adam müşaiyət etməlidir.

Təşkilatyçıların ideyasından xəbərdar mənbələrin radioya dediklərinə görə, söhbət, müəllifi elə presidentin özü olan Aşqabad oyunlarının himnindən yox, lirik “Yadımda” mahnısından gedir.

Mənbənin yazdığına görə, bu ideya heç də mərasimin təşkili ilə məşğul olan italiyalı mütəxəssislərin ürəyincə deyil.

Açılış və bağlanış mərasimlərinin təşkili ilə məşğul olan Balich Worldwide Shows şirkətinin rejissoru deyib ki, bu ideya və açılış mərasimindəki bir neçə Üvertura onun ürəyincə olmasa da bunu yerli təşkilatlar təkid ediblər.

Yerli təşkilatçılar təkcə bağlanış mərasimin gözəl olmasına yox, həm də prezidentin 2 il əvvəlki rekordunu təzələməsinə nail olmaq istəyirlər.

Berdimukhamedov 2015-ci ilin noyabrında Marı şəhərində “Türkmenin ak öyi” konsert zalının açılışında özünün “İrəli, irəli, yalnız irəli,dogma Türkmənistan” mahnısını ifa eləmişdi.

Həmin vaxt bu mahnını onunla birlikdə 4 min adam oxumuşdu.

Mənbənin yazdığına görə, bu mahnı Ginnesin rekordlar kitabına düşdü və eyni zamanda 5-ci Asiya oyunları-nın rəsmi himninə çevirildi.

Mənbə yazır ki, açılış və bağlanış mərasimlərinin senariləri adətən məxfi saxlanılır, amma görünür, president bağlanış mərasimində yeni bəsdələdiyi “Yadımda” mahnısını ifa edəcək.

O, bu mahnını Avazda eyzamiyyətdə olarkən nəvələri ilə birlikdə bəstələyib.

Avqustun 17-dən başlayan 5-ci Asiya oyunları sentyabrın 27-dək davam edəcək.

Məlumata görə Türkmənistan hakimiyyəti təkcə açılış və bağlanış mərasimlərinə görə,120 milyon dollar xərcləyib.

Təşkilaty komitəsinə yaxın mənbənin Azadlıq Radiosuna verdiyi məlumata görə, ümumilikdə isə hökumət bu oyunların keçirilməsinə 15 milyard dollaradək vəsait xərclənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG