Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 17:57

'Bələdiyyə seçkilərində yalnız sədrlik postu maraqlı ola bilir'


Bələdiyyə seçkiləri, Bakı, 23 dekabr 2009

Bu ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə qatılmaq üçün noyabrın 16-na kimi 41 841 nəfər müraciət edib. Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Halbuki, ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 min 156 nəfər seçilməlidir. Ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov prosesin gedişinə dair məlumatlandırmanın çox aşağı səviyyədə olduğunu düşünür. O, AzadliqRadiosunun bu barədə suallarına cavab verərkən bildirib ki, 1 aya yaxındır seçkilərə start verilib, təqribən 1 həftədən sonra namizədlərin irəli sürülməsi və sənədlərin qeydə alınması müddəti bitəcək. Onun fikrincə, buna baxmayaraq MSK cəmiyyəti intensiv olaraq məlumatlandırmır:

“ Əvvəllər komissiyanın informasiya saytında dairələr üzrə hansı bələdiyyələrdə seçkilər keçirilir, namizədlər kimlərdir və digər məsələlər haqda məlumatlar mütəmadi yerləşdirilirdi. 1 aya yaxındır seçkilərə start verilib, amma MSK informasiya təminatını deyilən şəkildə həyata keçirmir, yalnız komissiyanın iclaslarında müvafiq statistik ümumləşmiş məlumatlar yayır. Bu məlumatlar isə yetərli sayıla bilməz”

“Müşahidələrim onu deyir ki,…”

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Akif Qurbanov aparıcı müxalif siyasi partiyaların prosesdə fəallıq göstəməməsini xatırladaraq əlavə edib ki, bu qüvvələrin ya iştirak, ya da imtina qərarları da yoxdur:

“ Belə olanda, onların prosesi axarına buraxmış görünür. Eyni zamanda, inzibati resursu geniş olsa da, hakim partiyanın da fəallıq baxımından problemlər yaşadığı hiss olunur”

Akif Qurbanov sonra da deyib:

“Müşahidələrim onu deyir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizəd olmaq istəyənlər də o qədər də aktiv deyil. Elə partiyanın tərəfadaşları da həmin mövqedədir. Bu, onu göstərir ki, bələdiyyə seçkilərində yalnız sədrlik postu maraqlı ola bilir, səbəb sədrin müəyyən maliyyə resursları əldə etmək imkanlarının olmasıdır. Sıravi üzvlərin isə səlahiyyət sahibi və maliyyə resursunun olmadığına görə, belə bir postda iştirakı cəlbedici görünmür. Ümumiyyətlə, ictimai müzakirədə də bələdiyyə seçkisi mövzusu aktual olaraq hər hansı bir formada müşahidə edilmir”.

Səsvermə, arxiv foto
Səsvermə, arxiv foto

“Gələcəkdə bələdiyyələrin səlahiyyəti artırılarsa…”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da prosesi izlədiklərini, gələn həftədən regionlarda seçki maarifçiliyinə start verəcəklərini söyləyir. Məhərrəm Zülfüqarlı hazırda prosesin sakit tərzdə keçdiyini, elə bir bir şikayətlərin olmadığı qənaətindədir:

“Adətən, Azərbaycanda keçirilən seçkilər içərisində ən sakiti bələdiyyə seçkiləri olur. Parliament və prezident seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərinə bir qədər cəmiyyətin diqqəti az olur. Amma hansı regionda çoxlu sayda bələdiyyə üzvlüyünə namizəd çox olacaqsa, orada seçki prosesi hiss ediləcək. Məsələ ondadır ki, parlament seçkilərində bir dairədə 3-4, bələdiyyə seçkilərində isə daha çox namizəd olduğundan ikinci əhalinin diqqətindən kənarda qalır. Çünki Bakıda, Sumqayıtda olan vətəndaş hansısa kənddə, qəsəbədə keçirilən bələdiyyə seçkiləri ilə maraqlanmadığından fəallıq az hiss olunur. Parlament və prezident seçkilərində hər bir vətəndaş bütün namizədlərlə maraqlandığından istər-istəməz fəallığı bir qədər artırır”.

“Əgər Bakı bələdiyyəsi yaransa,…”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Məhərrəm Zülfüqarlı hesab edir ki, gələcəkdə bələdiyyələrin səlahiyyəti artırılarsa, daha çox adam namizədliyini irəli sürər:

“Əgər Bakı bələdiyyəsi yaransa, sədrlik uğrunda mübarizə başlansa, biz bu prosesin parlament seçkilərindən heç də az maraq kəsb etmədiyini görərik. İkinci, məcburi köçkün rayonlarında bələdiyyələr formalaşmayıb, ona görə də 125 yox, 118 dairədə seçki keçirilir. Üçüncü, icra hakimiyyətlərinin bələdiyyələrin fəaliyyətinə müdaxiləsi insanların bu qurumlara inamını azaltdığından hazırda namizədlərin sayını çox hesab etmək olmaz. Bu çatışmazlıqlar aradan qaldırılsa, fəallıq artar, daha ciddi mübarizənin şahidi olarıq”.

İcra hakimiyyəti orqanları bir qayda olaraq bələdiyyələrin işinə müdaxilə etmələri ilə bağlı fikirləri qəbul etmirlər.
Bakı bələdiyyəsinin yaradılması ilə bağlı isə həm ölkə daxilindən, həm də Avropa Şurasından tövsiyələr eşidilib. Amma indiyə qədər hakimiyyət belə tövsiyələrə müsbət yanaşmayıb.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG