Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:29

Bələdiyyə seçkilərində namizədlərin sayı açıqlanıb


Qazax rayonu, bələdiyyə seçkilərində səsvermə, arxiv foto

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində indiyə qədər iştirak etmək üçün 41 841 nəfər müraciət edib.

Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə “Turan” agentliyinə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat veriblər.

Qurumdan bildirilib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib. Habelə, 14 564 nəfərin namizədliyi siyasi partiyalar, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Ərazi seçki komissiyası lazımi sənədləri qəbul etdikdən sonra 3 gün müddətində namizədin sənədlərinin qanunun tələblərinə uyğunluğunu yoxlayır. Seçki gününə ən geci 25 gün qalmış namizədin qeydə alınması haqqında qərar qəbul edir, yaxud namizədi qeydə almaqdan imtina edir.

Seçkilərə ən geci 24 gün qalmış ərazi seçki komissiyaları bələdiyyə üzvlüyünə namizəd göstərilənlərin siyahılarını elan edirlər.

Seçkidə növbəti mərhələ isə təşviqat olcaq. Təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Müxalifətdən Milli Şura və Müsavat Partiyası bu seçkilərdə iştirak etmir. Onlar bunu bələdiyyələrin səlahiyyətinin yetərli, ölkədə azad və demokratik seçki mühütün olmaması ilə izah ediblər. Amma MSK və rəsmilər bu fikirləri düzgün saymırlar.

Xatırlatma

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilir. Bu il keçiriləcək seçkilər sayca 5-ci olacaq.

Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG