Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:33

Belçika polisi terrorda şübhəli 10 azyaşlını saxlayıb


Belçika polisi, Brüssel, 18 iyun 2016.

Belçika polisi Milad tətilində terror hadisələri planlaşdırmaqda şübhəli bilinən 10 yeniyetməni gözaltına alıb.

Bu barədə Belçika prokurorluğunun nümayəndəsi Eric van der Sipt məlumat verib.

Məlumata görə, yeniyetmələr internet vasitəsi ilə islamçılara tərəfdar tapmaqda yardım ediblər və müxtəlif tapşırıqları həyata keçiriblər.

Xüsusi xidmət orqanlarının məlumatına görə, özünü "İslam Dövləti" adlandıran yaraqlıların üzvlərihücumlar təşkil etmək üçün Avropadakı müsəlman uşaqlarını fəal şəkildə ələ alırlar.

Almaniya, Milad Bazarı, Ludwighafen, 16 dekabr 2016
Almaniya, Milad Bazarı, Ludwighafen, 16 dekabr 2016

Dekabrın 16-da Almaniya hüquq-mühafizə orqanları da Lüdviqshafen şəhərində təşkil olunan Milad bazarında üzərində bomba olan 12 yaşlı yeniyetməni saxlayıblar.

Məlumata görə, o bazarı partlatmaq istəyirmiş.

XS
SM
MD
LG