Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 16:21

Belarus müdafiə naziri Azərbaycana gəlib


Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib.

Əliyev Belarus müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Belarus müdafiə naziri Viktor Xrenini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, iki ölkə arasında bütün istiqamətlər üzrə işlər yaxşı gedir: "Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir".

Onun vurğulamasına görə, yaxın vaxtlarda əldə olunmuş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək: "Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir. Buna görə, əminəm ki, sizin həmkarlarınızla diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq".

Belarusun müdafiə naziri Viktor Xrenin də, öz növbəsində, bildirib ki, "bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb".

+++

Müdafiə naziri Zakir Həsənovun dəvəti ilə mayın 18-də Belarus müdafiə naziri Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Onun Azərbaycandan olan həmkarı və başqa rəsmi şəxslərlə görüşü gözlənir.

XS
SM
MD
LG