Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

‘Belarusun üç mərd qadını’ mükafata nominasiya edildi


Svyatlana Tsikhanouskaya (ortada), Veronika Tsapkala (solda) və Maryya Kalesnikava

Avropa Parlamenti “Belarusun üç mərd qadını” - Svyatlana Tsikhanouskaya, Maryya KalesnikavaVeranika Tsapkalanı bu il üçün Saxarov Mükafatına nominasiya edib.

Üçlük parlamentdə ikinci böyük fraksiya – Sosialistlər və Demokratlar bloku tərəfindən nominasiya edilib.

Bu nominasiya barədə mətbuat məlumatında fraksiyanın vitse-prezidenti Kati Piri bildirib ki, “bu ilin Saxarov Mükafatı öz ölkələrinin azadlığı və demokratiya uğrunda mübarizə aparan cəsur qadınlara verilməlidir”.

Piri deyib ki, Belarusda ötən ay keçirilmiş prezident seçkisindən sonra avtokratik diktator Alyaksandr Lukaşenkaya qarşı müxalifəti məhz bu üç qadın səfərbər edə bilib.

Avropa Parlamentinin digər qrupları Saxarov Mükafatına öz namizədlərini bu həftə elan etməlidirlər.

Lakin Brüsseldəki mənbələr AzadlıqRadiosuna deyiblər ki, başqa qruplar da bu məsələdə Sosialistlər və Demokratlar qrupunun nominasiyasını dəstəkləyəcək.

Belarus mükafatı əvvəllər də alıb

Nominasiyaların irəli sürülməsi üçün son müddət sentyabrın 17-sidir. Oktyabrın 12-dək mükafata namizədlərin siyahısı üç nəfərə endirilməlidir.

Saxarov Mükafatının laureatı oktyabrın 22-də elan ediləcək.

Hər il verilən bu mükafat sovet fiziki və dissidenti Andrey Saxarovun şərəfinə 1988-ci ildə təsis edilib.

Bu mükafat bir qayda olaraq insan haqları və təməl azadlıqlar uğrunda müstəsna mübarizə aparan fərd və təşkilatlara verilir.

Belarus Jurnalistlər İttifaqı və Belarus prezidentliyinə keçmiş namizəd Alyaksandr Milinkieviç Saxarov Mükafatı ilə 2004 və 2006-cı illərdə təltif ediliblər.

XS
SM
MD
LG