Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:30

Belarusa iqtisadi sanksiyalar açıqlanır


Arxiv fotosu
Arxiv fotosu

Yeni sanksiyalar silah, neft məhsulları, potaş gübrələri, tütün məhsullarının istehsalında istifadə olunan malların ticarətini məhdudlaşdırır

Avropa Birliyi Belarus iqtisadiyyatının əsas sektorları və avtoritar lider Alyaksandr Lukaşenka rejiminin böyük gəlir mənbələrinə sanksiyalar açıqlayıb. Potaş gübrə ixracı, tütün sənayesi, neft, neft-kimya məhsulları sanksiyalara məruz qalacaq. Bu addım ötən ay Ryanair təyyarəsinin Minskə məcbur endirilməsi, dissident jurnalist və sevgilisinin həbsindən sonra atılıb.

İnsan haqları pozuntularına qarşı

İyunun 24-də yeni məhdudlaşdırıcı tədbirlər “Belarusda ciddi insan haqları pozuntuları və vətəndaş cəmiyyətinə, demokratik müxalifət və jurnalistlərə zorakı repressiya, eləcə də mayın 23-də Ryanair təyyarəsinin Minskə zorla endirilməsi, jurnalist Raman PrataseviçSofiya Sapeqanın saxlanmasına cavab olaraq” açıqlanıb. AB Şurası bu gün yaydığı bəyanatında belə deyir.

Ötən ilin avqustunda mübahisəli prezident seçkisindən sonra etirazlara divan tutulması Lukaşenka rejiminə beynəlxalq təzyiqi artırıb.

Etirazçılar seçkinin saxtalaşdırıldığını deyir. AB, Birləşmiş Ştatlar, digər ölkələr seçkinin rəsmi nəticələrini, Lukaşenkanı prezident kimi tanımır.

Sanksiyalarda nə var

Bu həftənin əvvəlində AB-nin xarici işlər nazirləri Belarusa qarşı yeni sanksiyalara start veriblər. Həmin sanksiyalarda Belarusda istənilən şəxsə internet və telefon kommunikasıyasının monitorinqi üçün avadanlıq, texnologiya və proqram satışı qadağan olunur.

Yeni sanksiyalar silah, neft məhsulları, potaş gübrələri, tütün məhsullarının istehsalında istifadə olunan malların ticarətini məhdudlaşdırır.

Belarus hökumətinin AB-nin maliyyə bazarlarına çıxışına maliyyə sanksiyaları tətbiq olunur.

İndiyədək Avropa Birliyi, Birləşmiş Ştatlar, Britaniya və Kanada Ryanair təyyarəsinə görə Belarusa bir sıra sanksiyalar tətbiq ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG