Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:53

Polşa miqrantların hələ də sərhədi keçməyıə çalışdıqlarını bildirir


Belarus-Polşa sərhədi
Belarus-Polşa sərhədi

Varşava xəbərdarlıq edib ki, Minskin miqrantları öz vətənlərinə qaytarmasına dair bəyanatları sərhəddə yaranmış vəziyyətin de-eskalasiyası kimi qəbul olunmamalıdır

Polşa bildirir ki, Belarusdakı miqrant qrupları hələ də qanunsuz olaraq sərhədi keçməyə cəhd göstərirlər.

Varşava xəbərdarlıq edib ki, Minskin miqrantları öz vətənlərinə qaytarmasına dair bəyanatları sərhəddə yaranmış vəziyyətin de-eskalasiyası kimi qəbul olunmamalıdır.

Polşa rəsmilərinin bu xəbərdarlığı verdiyi gün, noyabrın 23-də Avropa İttifaqı Belarus üzərinə sanksiyaların beşinci dövrəsinin hazırlandığını bildirib.

Avropa İttifaqı Minski bloka qarşı “hibrid müharibə” aparmaqda ittiham edir. Brüssel bildirir ki, avtoritar Alyaksandr Lukaşenkanın rejimi minlərlə miqrantı Yaxın Şərqdən gətirərək Avropa İttifaqının üzvü olan Polşa, Latviya və Litvanın sərhədinə yığır.

Avropa rəsmiləri bildirirlər ki, Lukaşenka sərhəd böhranı yaratmaqla Avropa İttifaqından ona qarşı sanksiyaların qisasını alır.

Ötən həftə Belarus Polşa ilə sərhəddəki miqrant düşərgələrini boşaltmış və miqrantları İraqa qaytarmağa başladığını bildirmişdi.

Belarus miqrantları geri göndərdiyini deyir

Belarusun Daxili İşlər Nazirliyi noyabrın 22-də 118 miqrantın ölkəni tərk etdiyini, bu gün də əlavə dəstələrin yola salınacağını bildirib. Xəbəri Rusiyanın TASS agentliyi yayıb.

Avropa Birliyi Belarusu Yaxın Şərqdən minlərlə kişi, qadın və uşağı gətirərək onları Polşa, Litva və Latviya sərhədlərini keçməyə təşviq etdiyini deyir. Minskin bunu AB-nin sanksiyalarına cavab olaraq etdiyi bildirilir. Ötən ilin avqustunda Alyaksandr Lukaşenkanın prezident seçkisinin qalibi elan olunmasına etiraz edənlərə amansızlıqla divan tutulub. Bundan sonra Qərb Belarus rejiminə sanksiyalar tətbiq edib.

Daxili işlər naziri Aleksey Bequn deyib ki, Minsk aeroportundan 118 nəfər yola salınıb, proses davam edir.

Onun sözlərinə görə, miqrantlardan Belarusda sığınacaq üçün müraciət edən olmayıb.

Miqrantların çoxu Suriya, İraq və Əfqanıstan kimi münaqişə gedən ölkələrdən gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG