Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 15:51

iki təyyarə toqquşdu


►Minsk hava limanında qasırğa...

Belarusun paytaxtı Minskin hava limanında güclü qasırğa iki təyyarənin toqquşmasına səbəb olub. Xəsarət alanlar barədə məlumat verilmir.

Sosial mediada yayılmış şəkillərdən görünür ki, təyyarələrdən biri Belarusun Belavia hava yollarına, digəri isə Ruby Star Air Carrier şirkətinə məxsusdur. Belavia rəsmiləri artıq təyyarələrin qasırğa nəticəsində zədələndiyini təsdiq ediblər.

Şirkət rəsmiləri həmçinin bildiriblər ki, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.

Şirkətin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, toqquşan təyyarələrin heç birində sərnişin olmayıb.

Hava limanının mətbuat xidmətindən bildiriblər ki, terminalda bir neçə pəncərə sınıb, asma tavan sistemi isə güclü külək və yağış nəticəsində bir neçə yerdən deformasiyaya uğrayıb.

Minsk hava limanında enməli olan bir neçə təyyarə Belarusun Qomel şəhərinə, biri isə qonşu Litvanın Vilnüs şəhərinə yönəldilib.

Mətbuat xidmətindən hazırda hava limanının həmişəki qaydada işlədiyi bildirilib.

XS
SM
MD
LG