Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 03:41

Lukashenkanın mühafizə xidmətinin keçmiş rəisi həbs edilib


Belarus təhlükəsizlik şurası rəhbərinin keçmiş müavini Andrey Vtyurin
Belarus təhlükəsizlik şurası rəhbərinin keçmiş müavini Andrey Vtyurin

Belarus Prezidentinin mühavizə xidmətinin keçmiş rəisi rüşvətə görə həbs olunub.

Andrei Vtyurin həm də Təhlükəsizlik Şurası rəhbərinin keçmiş müavinidir.

Belarus Təhlükəsizlik Xidmətinin məlumatına görə, Vtyurin, şəxsən özü Rusiya kommersiya qurumlarının adı çəkilməyən nümayəndəsindən təxminən 150 min dollar rüşvət alarkən yaxalanıb.

O, rüşvət verməkdə də ittiham olunur.

Belarus Təhlükəsizlik xidmətinin istintaq şöbəsinin məlumatına görə, Vtyurin bunun müqabilində, Rusiya kommersiya qurumlarının Belarus ərzisindəki fəaliyyətinə yardım etməli imiş.

Andrei Vtyurin 1995-ci ildən bu yana prezident Aleksandr Lukashenkanın mühavizə xidmətində müxtəlif vəzifələrdə çalışıb.

2007-2014-cü illərdə isə prezidentin şəxsi mühavizə xidmətinin rəhbəri olub.

Bundan sonra isə Dövlət Təhlükəsizlik Şürası direktorunun müavini vəzifəsinə təyin edilib.

Belarus mətbuatı həmin vaxt onu ölkənin 10 ən nüfuzlu şəxsləri siyahısına salmışdı.

Ötən cümə axşamı bəlli olub ki, Lukashenko onu aprelin sonunda tutduğu vəzifədən azad edib.

XS
SM
MD
LG