Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:47

Azadlıq Radiosunun Minskdəki ofisi və digər jurnalistlərin evində axtarış aparılıb


Witnesses said the officers broke through the door at RFE/RL's Minsk bureau on July 16 as part of a sweep targeting the media. (file photo)
Witnesses said the officers broke through the door at RFE/RL's Minsk bureau on July 16 as part of a sweep targeting the media. (file photo)

AzadlıqRadiosunda olan məlumata görə, Hruzdzilovich və ötən ilin oktyabrında akkreditasiyası ləğv edilən radionun keçmiş müxbiri İna Studzinskaya saxlanıblar. Hruzdzilovich-in həyat yoldaşının dediyinə görə, ərini əliqandallı aparıblar.

Belarusun təhlükəsizlik qüvvələri AzadlıqRadiosunun Minskdəki ofisi də daxil olmaqla bütün ölkə boyu bir neçə müstəqil jurnalistin evi və ofislərində reydlər keçirib.

Şahidlərin sözlərinə görə, bu əməliyyat çərçivəsində iyulun 16-da AzadlıqRadiosunun Minskdəki bürosunda da axtarış aparılıb.

Belarus hakimiyyəti bundan iki gün öncə onlarla hüquq-müdafiə təşkilatının ofislərində də axtarış aparıb.

BMT-nin insan haqları məsələləri üzrə idarəsi Belarus hakimiyyətinin bu addımının “tamamilə qəbuledilməz” olduğunu bəyan edib.

AzadlıqRadiosunun müxbirləri Aleh Hruzdzilovich və Valyantsin Zhdanko-nun evlərində də axtarış aparılıb.

AzadlıqRadiosunda olan məlumata görə, Hruzdzilovich və ötən ilin oktyabrında akkreditasiyası ləğv edilən radionun keçmiş müxbiri İna Studzinskaya saxlanıblar.

Hruzdzilovich-in həyat yoldaşının dediyinə görə, ərini əliqandallı aparıblar.

“Onun və mənim telefonlarımı, bütün komuter və notbukları apardılar.Cibimdıki bütün pulları, hətta Belarus rublunu belə götürdülər. Yaşamaq üçün əlimdə qalan son 300 dolları da”, deyə o ildirib.

Həftənin əvvəllərində Belarus polisi “Vesna” hüquq-müdafiə təşkilatı və Belarus Helsinki Komitəsi də daxil olmaqla insan haqları qrupları və kütləvi informasiya vasitələrinə qarşı (KİV) genişmiqyaslı reydlər keçirib.

İyulun 14-də Minsk və ölkənin digər şəhərlərində azı 19 Qeyri-Hpkumət Təşkilatını hədəfə alan reydlərdə azı 10 nəfərin saxlandığı bildirilir.

Belarus hakimiyyəti ötən ilin avqustundakı prezident seçkisindən sonra ölkəni bürüyən kütləvi etirazlardan bu yana müxalif və qeyri-dövlət KİV vasitələri, habelə hüquq-müdafiə təşkilatlarını bağlamağa başlayıb.

Qeyd edək ki, seçkinin saxtalaşdırıldığını deyən müxalifətçilər həmin vaxt paytaxt Minskdə kütləvi etirazlara başladı və az sonra bu aksiyalar ölkənin digər şəhərlərinə də yayıldı.

BELARUS – Minskdə etiraz aksiyası, 6 sentyabr 2020
BELARUS – Minskdə etiraz aksiyası, 6 sentyabr 2020

Müxalifət lideri və həmin vaxt prezidentliyə namizədliyini vermiş Svyatlana Tsikhanouskaya hakimiyyət tərəfindən təqiblərə görə ölkədən qaçmalı oldu.

Müxalifət seçkidə indiki prezident Alleksandr Lukashenkanın yox, onların namizədi Tsikhanouskayanın qalib gəldiyini deyərək nəticələri tanımadı.

Bundan sonra Avropa Birliyi və bir sıra digər qərb ölkələri də Belarusda keçirilən son prezident seçkisinin nəticələrini tanımadıqlarını bəyan elədilər.

Uzun etirazlar və kütləvi həbslərdən sonra Lukashenka qəfil andicmə mərasimi keçirərək yenidən 6-cə müddətə yenidən hakimiyyətdə qaldı.

Bundan sonra ölkədə kütləvi həbslər başlayıb, həbs olunmayan müxalifət liderlərinin əksəriyyəti isə ölkədən qaçmağa məcbur edilib.

Lukaşankanın legitimliyini tanımayan Avropa Birliyi, həmçinin ABŞ buna görə, Belarus rejiminə qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG