Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:42

Lukaşenka Avropanı tranziti bağlamaqla hədələyir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka iyuluin 6-da Avropa İttifaqının sanksiyalarına cavab olaraq ittifaqdan Rusiya və Çinə gedən malların tranzitinə qadağan qoyacağı ilə hədələyib.

Avropa İttifaqı Belarus üzərinə sanksiyaları Ryanair şirkəti təyyarəsinin məcburən Minskə endirilməsi və sərnişinlərin arasında olan müxalifət jurnalistinin həbs edilməsinə görə sanksiyaları ötən ay elan edib.

Reuters agentliyi yazır ki, reytinq agentlikləri və ekspertlər bu sanksiyaların Lukaşenkaya geniş mənada çox da ziyan vurmayacağını deyirlər.

Lukaşenka rejimi hələlik ölkə iqtisadiyyatını və təhlükəsizlik qüvvələrini maliyyələşdirmək iqtidarındadır.

Lakin Belarus rəsmiləri ölkələrinə qarşı iqtisadi müharibə aparıldığını iddia edirlər.

Belarus Avropanın “özünü necə aparmasına” baxacaq

Lukaşenkanın özü isə iyulun 6-da Avropa İttifaqından Belarus ərazisi ilə şərqə doğru daşınan yüklərin tranzitinə qadağan qoyacağı ilə hədələyib.

"Birincisi: Onlar Belarus bazarında bir addım da ata bilməyəcklər, ikincisi: Belarus ərazisi ilə də addım ata bilməyəcəklər”.

Belarusun avtoritar lideri Almaniyanı ayrıca olaraq təhdid edib:

"Eyni tədbir almanlarla da görüləcək. Qoy öz mallarını Çinə və Rusiyaya Finlandiyadan, ya da Ukraynadan daşısınlar”.

Lukaşenka bu hədəsini nə vaxt gerçəkləşdirəcəyi və ya bu qadağanın Almaniyadan başqa daha hansı ölkələri təsirləndirəcəyi barədə heç nə deməyib.

Belarusun tranzitə blok qoya biləcəyi ilə bağlı suala cavab verərkən Kremldən bildiriblər ki, təchizat zəncirində çox ciddi kəsintilər istisna olunmur və bu problemin mümkün ziyanını minumuma endirmək üçün çox ciddi iş lazım gələ bilər.

Belarusun baş naziri Roman Qolovçenko deyib ki, onun hökuməti idnilik Avropa partnyorlarının davranışına göz qoyacaq və Belarus iqtisadiyyatına dəyə biləcək ziyana müvafiq cavab addımları atılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG