Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:07

Müxalifət fəalı: 'Rejimin sərt diktaturaya pulu yoxdur'


Minskdə milis müxalifətin aksiyasını dağıdıb
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Minskdə milis müxalifətin aksiyasını dağıdıb

Belarusda ötən həftəsonu keçirilmiş etiraz aksiyalarının iştirakçılarına məhkəmə hökmləri oxunur. Bir gündə 100-ə yaxın məhkəmə hökmü. CurrentTime.TV-nin Minsk müxbirlərinin verdiyi məlumata görə, artıq şənbə axşamı, azı, 700 nəfər saxlanılmışdı.

Onların çoxuna «Kütləvi tədbirlərin keçirilməsi qaydasının pozulması», «Səlahiyyətli şəxsə tabe olmama» və «Xırda xuliqanlıq» maddələri ilə bir neçə sutkalıq həbs cəzası verilir. Məhkəmələrdə şahidliyi isə OMON əməkdaşları edir.

STATKEVICH ONLARI QAPIDA GÖZLƏYİRMİŞ

«Vesna» (Bahar) hüquq-müdafiə mərkəzinin hesablamalarına görə, Minskdə 2010-cu ilin dekabrından belə kobud həbslər olmayıb. 2010-cu ilin dekabrında prezident seçkisi günü polis dinc nümayişi dağıtmışdı.

Belarusda hər il qeyri-rəsmi bayram günü (Дзень Волі - İradə Bayramı) kimi qeyd olunan martın 25-də polis və KQB bir çox tanınmış müxalifət fəalını və etirazın üzdə olan liderlərini əvvəlcədən həbs etdi. Nəticədə küçələrə çıxmış etirazçılar başlı-başına qaldılar.

Saxlanılanlar arasında tanınmış belaruslu müxalifət fəalı, keçmiş siyasi məhbus Mikalay Statkevich də olub.

Polislər öncə Statkevich-in evindən çıxan həmkarı Sergei Kulinich-i saxlayıb (o, hələ də KQB-nin təcridxanasında saxlanır), sonra onun evinə gəliblər. Əllərində videokamera olan maskalı şəxslər içəri soxulanda, Statkevich artıq onları qapıda gözləyirmiş.

Mikalay Statkevich
Mikalay Statkevich

«REJİM SOSİAL MÜQAVİLƏDƏN İŞĞALA KEÇİB»

Statkevich-in sözlərinə görə, KQB-nin istintaq təcridxanasında onun üzərində axtarış aparılıb. Daha sonra «insanları zorakılıqla bağlı kütləvi iğtişaşlarda iştiraka hazırlama» maddəsi üzrə şübhəli şəxs qismində saxlanmasına dair akt tərtib olunub. Martın 28-də onu azad etsələr də, saxlanmaya və cinayət işinin açılmasına dair bütün prosessual sənədləri götürüblər.

«Maskalı adamlar məni pəncərələri pərdəli mikroavtobusa oturdub harasa apardılar. Gün çıxırdı və mən günəşi izləməklə şərqə tərəf getdiyimizi anladım. Sonra məni avtobusdan düşürüb şəxsi əşyalarımı verdilər. Yaxınlıqda evləri gördüm», – o deyir.

«Ölkəmiz işğal edilib. Rejim sosial müqavilədən işğala keçib. O, insanları qorxudur, küçələrə avtomat silahlarla silahlanmış qoşun yeridir. Bu gün mən KQB-yə getmişdim, çünki mənə Sergei Kulinich-lə Sergei Kuntsevich-in taleyi maraqlıdır. Onlar mənə gizlənməyə kömək etdiklərinə görə indi ordadırlar», – Statkevich deyir. Onun sözlərinə görə, KQB Sergei Kulinich-in həyat yoldaşını onun təcridxanada olması barədə bilgiləndirib.

Minskdə etiraz-26 mart 2017
Minskdə etiraz-26 mart 2017

«YARIYOLDA DAYANIR»

«Rejimin sərt diktaturaya pulu yoxdur, ancaq o, yenə də cəmiyyəti qorxutmağa çalışır. Qoşun, texnika yeridir, ancaq yarıyolda dayanır. Məsələn, niyə mənə cinayət işi açıb heç kimə məhəl qoymadan demirlər ki, koloniyada, qapalı həbsxanada ola-ola kütləvi iğtişaşlar hazırlayıb? Axı, Qərblə dialoq mən azad ediləndən sonra başlayıb. Dialoq bunun üzərində dayanır. Qərbin yeganə uğuru hakimiyyətlə dialoqlardır. Məni belə səfeh, ...paradoksal ittihamla yenidən həbs etsələr, dialoq necə olacaq?», – Statkevich deyir.

«Hesab edirəm ki, bu gün əsl Avropa millətini gördük. Çoban liderlərin ardınca getməyən, öz şərəfi, ləyaqəti, normal həyatından ötrü küçəyə çıxmağa qadir cəsarətli insanları gördük. Bu gün küçəyə çıxan insanlarla fəxr edirəm. Çox təəssüf edirəm. İnanın ki, sizin yanınızda olmaq üçün mümkün olan hər şeyi edərdim», – müxalifət fəalı söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG