Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:49

Minskidəki aksiyada ən azı 300 nəfər saxlanılıb


Belarus, Minsk, 25 mart 2017

Martın 25-də Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyaları dağıdılandan sonra yüzlərlə adam həbs olunub. Yerli hüquq müdafiəçilərinin martın 26-da açıqladığı məlumata görə, aksiya zamanı 300 nəfər saxlanılıb.

Həbslərdən sonra polis Viasna 96 adlı insan haqları qurumunun ofisinə də hücum edib. Burda 50-dən çoxadam həbs olunub.

Prezidentliyə namizəd olacağını açıqlayan müxlifət fəalı Vladimir Nekliaiev də etiraz aksiyasında iştirak edəcəyini bildirmişi. Polis Nekliaievi aksiyadan əvvəl saxlayıb.

Polis aksiyanın dağıdarkən zor tətbiq edib. Zor tətbiq olunanlar arasında 20-dən artıq jurnalist olub.

Aksiya 1918-ci ildə yaradılmış Belarus Xalq Respublikasının ildönümüylə bağlı keçirilirdi. Aksiyada 23 ildir hakimiyyətdə olan Aleksander Lukashenko hakimiyyətinə qarşı istefa çağırışları səslənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG