Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Türkiyədə 'yoxlanmamış' bir hakim-prokuror da qalmayıb…


Türkiyənin ədliyyə naziri Bekir Bozdağ
Türkiyənin ədliyyə naziri Bekir Bozdağ

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib ki, ötən ilin iyulunda baş tutumamış çevriliş cəhdindən indiyədək bu çevriliş cəhdi ilə əlaqədə şübhəli bilinən 4000 hakim və prokuror vəzifələrindən kənarlaşdırılıb.

Ankarda etdiyi çıxışda Bozdağ deyib ki, Türkiyənin ədliyyə sistemi ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin adamlarından “təmizlənib”.

Nazir bildirib ki, “təhqiqat başa başa çatıb və hazırda yoxlanmamış bir hakim, bir prokuror da qalmayıb”.

Lakin o əlavə edib ki, “istintaq FETÖ təşkilatının təbiətinə görə gələcəkdə də davam etdirilə bilər”.

Nazir FETÖ-nün “fərqli bir terror təşkilatı olduğunu” deyib.

Ümumilikdə isə, Türkiyədə iyul çevriliş cəhdindən bu yana 100 minədək dövlət və hökumət qulluqçusu işdən qovulub. Çevriliş cəhdi ilə əlaqədə şübhəli bilinən 47 min insan həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG