Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 09:44

İran BBC Fars xidməti əməkdaşlarının mülkiyyətinə həbs qoyub


İran məhkəməsi BBC Fars xidmətində çalışan və onunla bağları olan 152 nəfərin bu ölkədəki şəxsi mülkləri üzərinə həbs qoyub.

BBC bildirir ki, Tehran Londonda mənzillənmiş Dünya Xidmətinin Fars bölümünün indiki və keçmiş əməkdaşlarına, habelə ştatdankənar müxbirlərinə İranda “ev, maşın və başqa mülkiyyətin alqı-satqısını” qadağan edib.

Xəbər verilir ki, Tehranın məşhur Evin həbsxanasında yerləşən məhkəmənin qərarı təsadüfən, bir BBC əməkdaşı İrandakı mənzilini satmaq istəyəndə aşkar olub.

BBC Dünya Xidmətinin direktoru Francesca Unsworth deyib ki, BBC-yə bağlılığına görə kiminsə mülkiyyət hüququndan məhrum edilməsi hiddət doğurur və İran hökuməti bu qərarını ləngimədən ləğv etməlidir.

BBC Fars xidmətinin İranda fəaliyyəti qadağan edilsə də, bəzi təxminlərə görə 13 milyon iranlı onun radio və televiziya proqramlarını peyk vasitəsilə qəbul edir.

Media xəbərlərində deyilir ki, BBC Fars xidmətinin əməkdaşları əvvəllər də Tehran hökuməti, xüsusilə də mühafizəkar rəsmilər tərəfindən hədəflənib.

Reuters xəbər verir ki, onun 2015-ci ilədək BBC Fars xidmətində işləmiş bir müxbiri də Tehranın qadağan siyahısına düşüb.

Məhkəmə qərarında onun qəbul olunmasının səbəbləri göstərilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG