Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:22

Bayram Məmmədovun işinə baxacaq hakim dəyişdi


Bayram Məmmədov
Bayram Məmmədov

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, narkotik satışında suçlansa da, Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs edildiyi ehtimal olunan Bayram Məmmədovun məhkəməsi başlamalı idi. Amma oktyabrın 31-də bəlli olub ki, gənc fəalın işinə baxacaq hakim dəyişib. Bu barədə Bayram Məmmədovun vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, cinayət işi baxılması üçün hakim Eldar Mikayılovun icraatına verilmişdi. Lakin bu gün vəkilə məlumat verilib ki, iş ondan alınaraq, hakim Eynulla Vəliyevə verilib. Elçin Sadıqova deyilib ki, bu işin Eldar Mikayılovdan alınması onun icraatında işlərin çoxluğuyla əlaqədardır.

Buna da bax:​ Bayram Məmmədovun işi məhkəməyə göndərildi

Eldar Mikayılov bundan əvvəl "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatının "vicdan məhbusu" kimi tanıdığı şəxslərdən NİDA Vətəndaş Hərəkatının üzvü, bloqqer Ömər Məmmədovun, "Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan saatı" televiziya proqramının müəllifi Qənimət Zahidin qohumlarının işinə baxıb və onların barəsində ittiham hökmü çıxarıb. Hazırda isə o, "Nardaran işi"nə baxan hakimlər kollegiyasının tərkibindədir.

B.Məmmədovun işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin olunub.

Buna da bax:​ ‘Bəlkə də Bayrama Qiyasdan artıq iş kəsəcəklər’

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Gənclərin əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə "Qul bayramınız mübarək" yazdığına görə həbs edilib.

Buna da bax:

Bayram Məmmədov həbs edilir
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG