Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 14:55

NİDA-çı məhbus ilk dəfə valideynləri ilə görüşdü


Bayram Məmmədov
Bayram Məmmədov

-

Avqustun 30-da NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərindən Bayram Məmmədov valideynləri ilə görüşüb.

Bu, onun həbsdən bəri (3 aydan çox vaxt keçib) əzizləri ilə ilk görüşü olub.

Bu haqda gənc fəalın vəkili Elçin Sadıqov bildirib.

Vəkil mayın 10-dan bu yana valideynlərinin Bayram Məmmədovla görüşə buraxılmadığını deyib. Baxmayaraq ki, görüş üçün dəfələrlə rəsmi müraciət edildiyini qeyd edib.

Buna da bax: Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır

E.Sadıqov görüş verilməməsinin məhbusların saxlanılması ilə bağlı qanunvericiliyi pozduğunu, gərəkli hüququ addımların atıldığını vurğulayıb.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə, həbs edildiyi güman olunur.

Buna da bax: Karikatura - piyadalar üçün işarə...

XS
SM
MD
LG