Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Bayden Zelenski ilə danışıb


Co Bayden
Co Bayden

Bayden həmçinin NATO-nun Şərqi Avropadakı doqquz üzvünün liderinə zəng edərək Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsini müzakirə edib

ABŞ Prezidenti Co Bayden dekabrın 9-da ukraynalı həmkarı Volodimir Zelenski ilə söhbətində Birləşmiş Ştatların Ukraynanın suverenliyini tam dəstəklədiyini bildirib. Məlumatı Ağ ev yayıb.

Bayden “Birləşmiş Ştatların Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha vurğulayıb”. Ağ ev danışıqların 90 dəqiqə çəkdiyini qeyd edib.

Ukraynasız qərar verməmək

Bayden aydın şəkildə bildirib ki, “Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşları ‘Ukrayna barədə Ukraynasız heç bir qərarın verilməməsi və müzakirənin aparılmaması’ prinsipinə sadiqdirlər”.

Onun bildirdiyinə görə, Rusiya Ukraynaya girərsə, ABŞ və müttəfiqləri Rusiyaya iqtisadi sanksiyalar tətbiq edəcək, Ukraynaya və NATO-nun Rusiyaya yaxın müttəfiqlərinə müdafiə yardımını gücləndirəcək.

Bayden həmçinin NATO-nun Şərqi Avropadakı doqquz üzvünün liderinə zəng edərək Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsini müzakirə edib, “müttəfiqlərin kollektiv müdafiəsi naminə NATO-nun vahid, hazır və qətiyyətli mövqeyinin vacibliyindən” danışıb.

Buxarest Doqquzluğu ilə danışıqlar

Bayden Buxarest Doqquzluğu adlanan ölkələrə – Rumıniya, Polşa, Macarıstan, Bolqarıstan, Çex Respublikası, Slovakiya, Estoniya, Latviya və Litvaya “əlavə hərbi güc”, onları regionla bağlı qərarları cəlb etməyi vəd edib. Bunu Litva prezidentinin müşaviri Asta Skaisgiryte deyib.

Ağ ev isə bəyanatında hərbi yardımdan danışmayıb.

Bundan öncə Bayden Rusiyanın səfirləri ilə NATO-nun böyük müttəfiqləri arasında görüşlər keçirmək, Ukraynanın alyansa mümkün üzvlüyü ilə bağlı Moskvanın narahatlığını müzakirə etmək vədi verib.

Dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə iki saatlıq videogörüşündə isə Bayden deyib ki, Rusiya əsgərləri hücuma başlarsa Moskva “sərt iqtisadi sanksiyalarla” üzləşər.

Rusiya Ukraynaya hücum planlaşdırmadığını deyir, Ukrayna və NATO-nu gərginliyi artırmaqda suçlayır.

XS
SM
MD
LG