Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:09

Rusiya Ukraynaya hücum etsə, ABŞ qoşun göndərməyəcək


Ukrayna əsgəri ABŞ-ın istehsalı olan Javelin antitank raketi ilə təlim zamanı
Ukrayna əsgəri ABŞ-ın istehsalı olan Javelin antitank raketi ilə təlim zamanı

Bayden bunu dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə videobağlantı ilə iki saatlıq danışığından sonra jurnalistlərə deyib

ABŞ prezidenti Co Bayden deyib ki, Rusiyanın Ukraynaya hər hansı potensial müdaxiləsi təqdirində Birləşmiş Ştatlar Kiyevin müdafiəsi üçün qoşun göndərməyəcək.

Bayden bunu dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə videobağlantı ilə iki saatlıq danışığından sonra jurnalistlərə deyib.

ABŞ prezindentinin sözlərinə görə, o Putinə xəbərdarlıq edib ki, Rusiya Ukraynaya qarşı hər hansı yeni hərbi hərəkətə yol versə, ABŞ və onun müttəfiqləri Moskva üzərinə “indiyədək görünməmiş sərt sanksiyalar” qoyacaq.

ABŞ kəşfiyyatı qarşıdan gələn həftələrdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin mümkünlüyü barədə məlumat vermişdi.

5-ci maddə Ukraynaya aid deyil

Bayden bu barədə deyib:

"Ukraynaya müdaxilə edən Rusiyaya qarşı Birləşmiş Ştatların birtərəfli qaydada gücdən istifadə etməsi variantı hazırda mövcud deyil. Bizim 5-ci maddəyə görə NATO müttəfiqlərimiz qarşısında mənəvi və hüquqi öhdəliyimiz var. Bu müqəddəs öhdəlikdir, amma bu öhdəlik hərbi alyansın üzvü olmayan Ukraynaya şamil edilmir”.

Vaşinqton bildirib ki, Ukraynaya Javelin antitank raketləri də daxil, daha çox silah və başqa materiallar göndərəcək.

Son həftələrdə Rusiya Ukrayna sərhədləri yaxınlığında on minlərlə qoşun cəmləşdirib və bu, həm Kiyevin, həm də Avropa İttifaqı və ABŞ-ın narahatlığına səbəb olub.

Putin özünün dediyinə görə, Baydenlə söhbəti zamanı Moskvanın Ukraynanın NATO üzvü olmasına heç vaxt yol verməyəcəyini bildirib:

"Biz Ukraynanın NATO-ya üzvlük prospektindən narahat olmaya bilmərik, çünki bunun ardınca heç şübhəsiz oraya bizə təhlükə yaradacaq hərbi kontingentlər, bazalar və silahlar gələcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG