Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 15:03

Bayden və Putin dekabrın 30-da danışacaqlar


Co Bayden (sağda) və Vladimir Putin
Co Bayden (sağda) və Vladimir Putin

Bundan əvvəl Rusiya və Qərb arasında dialoqun gələn ilin yanvarında keçiriləcəyi xəbər verilmişdi

Rusiya Prezidenti Vladimir Putin Vaşinqtonla Moskva arasında effektiv dialoqun olacağına “əmindir”. Bu açıqlama Putinin ABŞ prezidenti Co Baydenlə gözlənən telefon söhbəti öncəsi yayılıb.

Kreml dekabrın 30-da Putinin dünya liderlərinə bayram mesajını yayıb. Rusiya prezidenti deyir ki, “qarşılıqlı sayğıya əsaslanan və hər bir ölkənin milli maraqlarını nəzərə alan effektiv Rusiya-Amerika dialoqu qura biləcəyimizdən əminəm”.

***

Ağ Evin verdiyi bəyanata görə ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin dekabrın 30-da telefonla danışacaqlar.

Bundan əvvəl Rusiya və Qərb arasında dialoqun gələn ilin yanvarında keçiriləcəyi xəbər verilmişdi.

Hazırda Qərb Rusiyanın Ukrayna sərhədi yaxınlığında böyük qoşun cəmləşdirməsindən narahatlıq ifadə edir, Rusiya isə ABŞ-dan NATO-nun keçmiş sovet məkanına doğru genişlənməyəcəyinə dair yazılı qarantiya istəyir.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn dekabrın 29-da deyib ki, Bayden və Putin arasında planlaşdırılan telefon danışığında həm də qarşıdan gələn diplomatik dialoq müzakirə olunacaq:

“Bayden administrasiyası Rusiyanın Ukrayna yaxınlığında hərbi qüvvə toplamasına vahid yanaşmanın hazırlanması üçün Avropa müttəfiqləri və partnyorları ilə intensiv danışqılar aparır”.

Bəyanatda deyilir ki, ABŞ prezidenti Avropa boyunca liderlərlə danışıb və Bayden administrasiyasının rəsmiləri NATO, Avropa İttifaqı və ATƏT-lə məsləhətləşmələr aparırlar.

Bu da qeyd olunur ki, məsləhətləşmələrdə Ukrayna da daxil Şərqi Avropa hökumətlərinin rəsmiləri və Buxarest 9-luğuna daxil ölkələr iştirak edirlər.

Ukraynada qadınlar hərbi komissarlığa çağrılır
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

ABŞ məsləhətləşmələrə Kiyevi də cəlb edib

ABŞ dövlət katibi Entoni Blinken dekabrın 29-da telefonla Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb.

Blinken Rusiyanın sərhəd boyunca qoşun cəmləşdirdiyi bir şəraitdə Vaşinqtonun Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə “dəyişməz dəstəyini” bir daha təsdiqləyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken və Zelenski “Ukraynanın şərqində münaqişənin dinc yolla həll edilməsi və Rusiya ilə qarşıdan gələn diplomatik danışıqları müzakirə ediblər”.

Ötən həftə özünün illik mətbuat konfransında Putin Qərbi, Rusiyanın təhlükəsizlik narahatlığına diqqət yetirməyə və Ukraynanın NATO-ya üzv olmayacağı da daxil “dərhal” yazılı qarantiyalar verməyə çağırmışdı.

Putin dekabrın 26-da dövlət televiziyasına müsahibəsində demişdi ki, əgər Qərb Moskvanın tələblərinə əməl etməzsə, müxtəlif variantlarına baxıla bilər.

O demişdi ki, bu tədbirlər Rusiya hərbi ekspertlərinin verəcəyi təkliflərdən asılı olacaq.

Birləşmiş Ştatlar tələblərlə bağlı danışıqlara hazır olduğunu bildirib, lakin ABŞ rəsmiləri deyiblər ki, tələblərdən bəziləri ya qeyri-real, ya qeyri-mümkün, ya da Qərb dəyərlərinə əsaslı şəkildə ziddir.

XS
SM
MD
LG