Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Milli fəallar Moskvadan azad olmaq üçün Baydenə üz tutdular


Milli fəallar Ağ Evin qarşısında
Milli fəallar Ağ Evin qarşısında

Onların bu aksiyası və Baydenə açıq məktub yazması ABŞ-da 1959-cu ildən bəri hər il keçirilən Əsarətdə olan Xalqlar həftəsinə təsadüf edir

Azad Millətlər Liqasının milli hərəkat fəalları ABŞ prezidenti Co Baydeni bu xalqların öz müqəddəratını müəyyən etmək hüququnu dəstəkləməyə çağırıblar.

Bu barədə AzadlıqRadiosunun Rus xidməti yazır.

Liqa üzvləri – buryat Racana Duqar-DePonte, tatar İrşat Xabi və fin-uqor xalqlarından olan erzyanların nümayəndəsi Vitali Romaşkin Vaşinqtona öz plakatları və milli bayraqları ilə gəliblər.

Onların bu aksiyası və Baydenə açıq məktub yazması ABŞ-da 1959-cu ildən bəri hər il keçirilən Əsarətdə olan Xalqlar həftəsinə təsadüf edir.

Romaşkin deyib:

“Biz xalqlarımızın gələcəyini Rusiyanın tərkibində görmürük və Kremlin cinayətləri üçün cavabdehlik daşımaq istəmirik”.

Ya müharibəyə, ya da həbsxanaya getmək seçimi

Duqar-DePontenin sözlərinə görə Rusiyadakı avtoxton xalqlar əslində Moskvanın və onun rejiminin girovlarıdır:

“Bizə seçim verilib: ya döyüşəməliyik, ya da Rusiya təcavüzünü dəstəkləmədiyimiz üçün həbsxanaya salınmalıyıq”

Xanım Duqar-DePonte deyib ki, Kremlin buryat gənclərindən öz cinayətkar məqsədlərinə çatmaq -imperiya sərhədlərini genişləndirmək və yeni ərazilər qəsb etmək üçün istifadə etməsi bir buryat qadın kimi onun üçün ağırdır.

Fəallar bildiriblər ki, onlar aksiyaya təkcə Ukraynaya qarşı təcavüzü pisləmək üçün yox, həm də Amerika cəmiyyətinin dəstəyini qazanmaq üçün çıxıblar.

Tatarların nümayəndəsi Xabi deyib:

"Biz hazırda Ukrayna, Estoniya, Litva və Latviyanın 40 il əvvəl olduqları vəziyyətdəyik. Biz müstəmləkəlikdən qurtarmaq üçün mübarizə aparacağıq və bu mübarizədə inkişaf etmiş demokratik ölkələrin dəstəyinə ehtiyacımız var”.

Bu da xəbər verilir ki, Liqa üzvləri iyulun 23-də dünyanın ən müxtəlif ölkələrində aksiyaya çıxıb öz müqəddəratlarını təyin etmək hüquqlarını tələb edəcəklər.

Rusiyanın ərazi bütövlüyündəki çatlar

Azad Millətlər Liqasına başqırd, buryat, İngeriya finləri, kazaklar, tatar və erzya xalqlarının hərəkatları daxildir.

Onların məqsədi öz dövlətlərini qurmaq və Rusiyanın tərkibindən çıxmaqdır.

Rusiya Federasiyasının Cinayət Məcəlləsində dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar üçün xüsusi cəza maddəsi var.

Bu maddəyə görə belə çağırış edənləri 5 ilədək həbsxana cəzası gözləyə bilər.

Başqa bir maddədə isə Rusiyanın ərazi bütövlüyünün pozulmasına görə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

1992-ci ildə Uzaq Şərq, 1993-cü ildə isə Sibir müstəqllik tələb edirdilər.

1992-ci ildə habelə Sverdlovsk və Çelyabinsk vilayətləri Ural Respublikası təşkil edərək Rusiyadan ayrılmaq istəyirdilər.

Prezident Boris Yeltsinin əmri ilə bu barədə referendum keçirilməli olsa da, bu tədbir baş tutmadı.

Rusiyadan suverenliklərini müxtəlif vaxtlarda Kareliya, Dağıstan, Tatarıstan və Çeçenistan (İçkeriya) tələb ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG