Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Məhkəmə Luzhkov-un arvadını axtarışa verib


Yelena Baturina (ön planda) və Yuri Luzhkov
Yelena Baturina (ön planda) və Yuri Luzhkov

Rusiyada regional məhkəmə Moskvanın keçmiş milyarder meri Yuri Luzhkov-un arvadını axtarışa verib.

Buna səbəb Yelena Baturinanın böhtan ittihamı ilə keçirilən məhkəməyə gəlməməsi olub.

RBK agentliyinin verdiyi məlumata görə Baturinaya qarşı cinayət iddiası ötən sentyabrda Rusiyanın Kalmıkiya muxtar vilayətində qaldırılıb.

Baturina bu məhkəməyə gəlməsə də, onu vəkilləri təmsil edirdilər.

Rusiya qanunları kiçik cinayət işləri üzrə məhkəmələrdə cavabdehlərin vəkilləri vasitəsilə təmsil olunmasına icazə verir.

Lakin Baturina məhkəməyə şəxsən niyə gələ bilmədiyini əsaslandıran sənədi təqdim etməyib.

Bu məhkəmə çəkişməsi Baturina və onun Inteco şirkətinin keçmiş vise-prezidenti olmuş qardaşı Viktor Baturin arasında on il bundan əvvəl yer almış mübahisədən qaynaqlanır.

Bu mübahisə barədə Vyanada keçirilən məhkəmə dinləməsində Baturina bildirmişdi ki, Baturinin maliyyə direktoru Erentsen Manzheev hazırda cinayət təhqiqatı altındadır.

Manzheev bunun saxta məlumat olduğunu bildirmiş və Baturinaya qarşı böhtan iddiası ilə məhkəməyə müraciət etmişdi.

Baturina Rusiyanın ən zəngin qadınlarından biridir. O özünün biznes imperiyasını 1990-2000-ci illərdə qurub. Həmin vaxtlar Yury Luzhkov Moskva siyasətinin fəal oyunçusu idi.

Moskva meriyası Inteco şirkətinə çox sayda dövlət kontraktları vermiş və bu, maraq toqquşması və korrupsiya ilə bağlı çoxsaylı suallar doğurmuşdu.

2010-cu ildə mer vəzifəsindən ovaxtkı prezident Dmitry Medvedev tərəfindən azad edilmiş Luzhkov bu ay 83 yaşında vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG