Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:09

Gürcüstan hakimiyyəti Batumidəki iğtişaşa görə müxalifəti günahlandırır


 Batumi, 12 Mart.2017

Batumi, 12 Mart.2017

Gürcüstan hakimiyyəti martın 12-də Batumidə baş verən hərc-mərcliyə görə müxalifəti günahlandırıb və bu hadisələri sosial partlayış kimi yozmamağa çağırıb.

AzadlıqRadiosunun ekhokavkaza.com saytı yazır ki, bir sıra məmurlar hesab edir ki, müxalifət vəziyyətdən istifadə edərək hakimiyyətə dönməyə çalışır.

Amma mənbə bildirir ki, “Milli hərəkat” partiyası dərhal bəyanat yayaraq Acariyada baş verən bu hadisələrlə heç bir əlaqəsi olmadığını bəyan edib və hüquq-mühavizə orqanlarını hərtərəfli istintaq aparmağa çağırıb.

Öz növbəsində hüquq müdafiəçiləri və ekspertlər hakimiyyətə münaqişnəni həddən artıq siyasiləşdirməməyi məsləhət görürlər.

Qeyd edək ki, ölkənin baş naziri Georgi Kvirikashvili həmin gün səhər saat 5 radələrində çıxış edərək etirazçıları sakitliyə çağırıb və buna görə müxalifəti günahlandırıb.

Giorgi Kvirikashvili

Giorgi Kvirikashvili

“Baş verənlər göstərir ki, dağıdıcı siyasi qüvvələr məişət zəmnində baş verən insidentdən gərginliyin artması, yayılması üçün istifadə ediblər”, deyə baş nazir bildirib.

Kvirikashvili bunu deyərkən konkret hansısa siyasi qüvvənin adını çəkməyib.

Amma Sonra “Gürcü arzusu” partiyasının liderlərindən biri Arçil Talakvadze birm qədər sonra gərginliyin artmasına görə, müxalifətdə olan “Milli hərəkat” partiyasının əvvəlki liderlərini günahlandırıb, deyib ki, onlar yaranmış vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışıblar.

“Kadrlarda bu partiyanın nümayəndələrini yaxşı görmək olur. Bu aksiyada birbaşa kimlərin iştirak etməsi və onun kimlər tərəfindən təşkil edilməsini istintaq müəyyən edəcək. Həmin insanlar qanun çərçivəsində cavab verəcəklər” deyə o bildirib.

“Milli hərəkat” partiyası isə bu hadisələrlə heç bir bağlılığı olmadığını bəyan edib və öz növbəsində hakimiyyəti təcili hərtərəfli istintaq aparmağa çağırıb.

Xatırladaq ki, martın 12-də Batumidə baş verən iğtişaşlarda, polislər də daxil olmaqla 20-yə yaxın adam yaralanıb.

Batumidə etiraz. 12 Mart 2017

Batumidə etiraz. 12 Mart 2017

Məlumatalara görə, iğtişaş, polis yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazarkən baş verib.

Polisin sürücünü nəlayiq sözlərlə təhqir etdiyi, bununsa vətəndaşlar arasında etiraz doğurduğu və kütləvi iğtişaşa səbəb olduğu iddia edilir.

Ekhokavkaza.com saytının məlumatına görə, iğtişaşlar zamanı mağazaların vitirinləri və evlərin pəncərələri sındırılıb, şəhərin infrastrukturuna ziyan dəyib, həmçinin polis maşınları da daxil olmaqla 10 avtomobil yandırılıb.

Yerli medianın yazdığına görə, polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Aksiya zamanı onlarla adamın saxlandığı bildirilir.

Batumi meri hazırda şəhərdə təmizlik və bərpa işləri aparıldığını b ildirir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG