Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:36

Hökumət sığortalanmış əmanətləri niyə qaytarmır? [video]


Banklar əmanətləri niyə qaytara bilmir?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Banklar əmanətləri niyə qaytara bilmir? [A-Live]

İki il əvvəl, Sovet dövrünün qaytarıla bilməyən əmanətləri mövzusu səngiyər-səngiməz, manat dollara nisbətən qəflətən ucuzlaşdı, banklar bağlanmağa başladı.

Təkcə 2016-cı ildə 11 bank bağlanıb. Hökumət bu banklarda qalmış və sığortalanmış əmanətləri 2019-cu ilə qədər qaytarmağı vəd edib. Amma deputat Vahid Əhmədov deyib ki, bu əmanətlərin qaytarılmasında problem var:

"Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq. Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Bu Fond 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir”.

Buna da bax:​ Vahid Əhmədov: 'Əmanətlərin qaytarılmasında problemlər var'

Vahid Əhmədov deyib ki, gələn şikayətlər xüsusilə bankda 1000-2000 manat əmanəti qalan adamlardır.

Vahid Əhmədov
Vahid Əhmədov

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, Əmanətlərin Sığortalanması Fondu tez-tez bankların dediyini deyir, bəzən hətta texniki məsələləri səbəb gətirib, əmanətləri qaytarmır.

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

Həmsöhbətimiz, sahibkar Maqsud Həsənov deyir ki, Bakıda bağlanan bankların birində 77 min dollar pulu batıb. Deyir bağlanan bank iddia edir ki, onunla müqavilə yenilənməyib, onunla yeni müqavilə bağlanıb və indiyə qədər hesablanan faizləri batıb.

Maqsud Həsənov iddia edir ki, onu nə Əmanətlərin Sığortası Fondu, nə də məhkəmə müdafiə edib.

“Pulun qaytarılmaması məndə belə bir rəy yaratdı ki, Əmanətlərin Sığortalanması Fondu diktə ilə hərəkət edir. Bu, dövlət qurumu olduğuna görə məhkəmə heç vaxt vətəndaşın lehinə qərar vermir. 80-90, hətta 100 faiz hallarda vətəndaşın əleyhinə qərar verilir”.

Buna da bax: Elman Rüstəmov: 'Manat sabitləşib'

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, bu məsələdə hüquq vətəndaşın tərəfindədir, Əmanətlərin Sığortalanması Fondundan bənzər şikayətlər çoxdur.

Əkrəm Həsənov deyir ki, ona olan müraciətlərdə də adamlar bu fondun vətəndaşların deyil, bankların tərəfini tutduqlarını deyirlər, və getdikcə camaat banklardakı əmanəti hüquqi yolla almaqdan əlini üzür.

Əkrəm Həsənov
Əkrəm Həsənov

“Mən onlardan soruşuram ki, niyə siz əmanətlərin qaytarılması üçün bizə müraciət etmirsiz. Deyirlər ki, biz bilirik ki, qanun zad boş şeydir, “leviy xod”lar axtarırıq. Biz baxırıq ki, kimi görək, hörmət edək, işimizi həll edək”.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

Əmanətlərin Sığortalanması Fondu AzadlıqRadiosu-nun deyilənlərlə bağlı sorğusunu gün ərzində cavablandırmayıb. "Turan" agentliyi fonda istinadla yazır ki, qurum, bu ilin oktyabrına kimi, keçən il bağlanan 11 bank üzrə 750 milyon manata yaxın kompensasiya ödəyib.

Bu ilin avqustunda Fondun direktoru dəyişdirilib. Keçmiş direktor Azad Cavadov mətbuata müsahibəsində deyib ki, onun haqqında indiyə qədər yazılan korrupsiya ittihamları böhtandır.

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Əkrəm Həsənov deyir ki, əmanətlərin qaytarılmaması bank sisteminə inamı daha da zəiflədir.

Bakıda keçirdiyimiz sorğuda sakinlərdən soruşmuşuq ki, banklara nə qədər etibar edirlər:

Banklara nə qədər etibar edirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Sovet hökuməti dağılan dövrdə əhalinin bankda batan əmanətlərini hökumət təqribən 20 il sonra dəfələrlə dəyərdən düşmüş vəziyyətdə qaytarmışdı. Əmanətlərin belə gecikdirilməsi müstəqilliyin ilk illərindən xeyli müddət bank sisteminə inamı zəiflətdi.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

90-cı illərin əvvəllərində Azərbaycanda daha bir bank qalmaqalında əhali böyük həcmdə vəsaitlərini itirdi. Yüksək faiz vəd edən piramida bankları az keçmiş dalbadal aradan çıxdılar və vətəndaşlar böyük miqdarda pullarını itirdilər.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Bu hadisələrdən sonra banklara sarsılan inam yalnız ölkəyə iri məbləğdə neft dolları axmağa başlayanda - 2000-ci illərin əvvəlində bərpa olunmağa başlamışdı. Əhali pulu ürkək-ürkək olsa da, döşəyin altından çıxarıb, banklara yollanmışdır. İki il əvvəl çökməyə başlayan banklara görə yenidən Azərbaycanda qaytarılmayan əmanətlər problemi yaranmağa başlayır.

Buna da bax:

Bank of Azerbaijanda 30 min çox olan əmanətlər batır...
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG