Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Barselona və Madriddə Kataloniyada gözlənən referenduma qarşı çıxıblar (Video)


Barselona və Madriddə İspaniyanın birliyinə dəstək aksiyaları
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Madrid və Barselonada Kataloniyanın ayrılmaq istəyinə qarşı aksiyalar keçirilib

Sentyabrın 30-da Barselonada Kataloniya hökumət binasının qarşısında əyalətin müstəqilliyi ilə bağlı referendum əleyhinə aksiya keçirilib.

Əllərində İspaniya bayraqları tutan aksiyaçılar referendum görə Kataloniya prezidenti Karles Pugdemontun həbsini tələb ediblər.

Polis refeendumun tərəfdarları ilə əlehdarları arasında qarşıdurma olmasın deyə aksiyaçıları dövrəyə alıb.

Həmçinin eyni gündə İspaniyanın paytaxtı Madriddə də referendum əleyhinə aksiya keçirilib.

Aksiyaçılar “Kataloniya İspaniyadır” şüarı səsləndiriblər.

Qeyd edək ki, Kataloniya hakimiyyəti oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.

Buna da bax:Kataloniya referendumu ətrafında dava qızışır-Video

Amma İspaniyanın Konstitusiya məhkəməsi referendumla bağlı Kataloniya parlamentinin qərarını ləğv etdiyindən onun hüquqi qüvvəsi olmayacaq.

İspaniya hökuməti referendum görə, əyalətə minlərə polis qüvvəsi göndərib, referendumda seçki məntəqəsi kimi istifadə olunmalı 2 315 məktəbin yarıdan çoxunu bağlayıb.

2014-cü ilin noyabrında daKataloniyada belə bir referendum keçirilmişdi.

Catalonia referendum
Catalonia referendum

Amma İspaniyanın Konstitusiya məhkəməsi onda da səsverməni ləğv etməyə çağıran qərar qəbul etdiyindən, referendum hüquqi qüvvəsi olmadı.

Həmin vaxt 80 faiz regionun müstəqilliyinə səs vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG