Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:18

İranlı generalın ölümü ilə bağlı Bağdad küçələrində fərqli aksiyalar


Bağdad, Qassem Soleimani tərəfdarları vida mərasimi keçirirlər, 4 yanvar 2020

Yanvarın 4-də Bağdadda minlərlə adam, bir gün əvvəl ABŞ-ın hava hücumu nəticəsində öldürülən iranlı general Qasem Soleimani ilə vidalaşmaq üçün küçələrə çıxıb..

Əllərində öldürülmüş iranlı hərbçinin fotolarını tutanlar "Amerikaya ölüm" şüarları səsləndiriblər.

Eyni vaxtda Bağdadda Soleimani əleyhdarları da aksiya keçiriblər. Onlar Soleimanini zərərsizləşdirdiyinə görə ABŞ-a təşəkkür ediblər. İranlı generalın əleyhdarları onu müxalifətə qarşı qəddar repressiyalar təşkil etməkdə, dinc etirazları yatırmaqda və insan hüquqlarını pozmaqda ittiham edirlər.

Soleimanin ölümü ilə bağlı İranda 3 günlük matəm elan olunub. Yanvarın 4-də İranda da bir neçə yerdə etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları tələb ediblər ki, İran hakimiyyəti generalın öldürülməsinə görə, Amerikanı cəzalandırsın və bu ölkə hərbçilərinin regiondan çıxarılmasına nail olsun.

İranda aksiya
İranda aksiya

Bloomberg agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trump Soleimaniyə qarşı xüsusi əməliyyat keçirilməsini dekabrın sonlarında təsdiqləyib. Bu, İraqdakı ABŞ hərbi bazasına raket zərbəsindən bir neçə gün sonra baş verib. Həmin vaxt bir əmerikalı hərbçi həlak olub. Vaşinqton həmin hücuma görə iranlı generalın məsuliyyət daşıdığın bildirir. Pentaqonun məlumatına görə, Soleimani amerikalı diplomat və hərbçilərinin öldürülməsi ilə bağlı yeni plan hazırlayıbmış.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə Soleimaninin öldürülməsini amerikalıların təhlükəsizliyinə təhdid ola biləcək təxribat adlandırıb. İran generalın qətlinə görə Vaşinqtondan qisas alacağına söz verib.

İran İnqilab Qvardiyasının elit qüvvələrə komandanlıq edən generalı Qasem Soleimani, Bağdad hava limanı yaxınlığında pilotsuz təyyarənin atdığı raket zərbəsi ilə öldürülüb. Hadisə yanvarın 3-də Soleimaninin təyyarə ilə Bağdada gəlişindən bir qədər sonra baş verib. Soleimani nüfuzuna görə Tehranda ikinci adam sayılırdı. Onunla birlikdə İraq şiələrinin bir neçə lideri də öldürülüb. Zərbə ABŞ prezidenti Donald Trumpın göstərişi ilə vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG