İraqın paytaxtı Bağdadda baş verən üç partlayış nəticsində 55 nəfər ölüb.
Partlayışın biri şiələrin Aşura mərasimi keçirdiyi yerdə baş verib. Digər iki hücumun hədəfi isə polisin nəzarət nöqtəsi və İŞİD-ə qarşı çıxan sünni liderin ailəsi olub.
Aşura mərasimində azı 41 adam ölüb, 30-dan çox adam yaralanıb.
“İslam Dövləti” qruplaşması (İŞİD) Aşura mərasimində baş verən partlayışa görə məsuliyyəti üstünə götürüb.
Digər iki parlayışın da İŞİD tərəfindən təşkil olunduğu bildirilir.