Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

2 ayda 482 bank əməkdaşı işini itirib


Bağlanan Zaminbank. 20sen2016

Bu ilin oktyabr-noyabr aylarında 482 bank əməkdaşı işindən ayrılmaq məcburiyyətində qalıb.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında bildirilir.

APA xəbər verir ki, sentyabrda bank sektorunda çalışan işçilərin ümumi sayı 17 490 nəfər olub.

Buna da bax:​ Banklar bağlanır, işsizlər artır

Oktyabrda həmin göstərici 17 030, noyabrın sonunda isə 17 008 nəfər təşkil edib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Oktyabrın sonlarında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov maliyyə xidmətləri bazarında fəaliyyət göstərən şirkətlərin bağlanması ilə azı, 2700 nəfərin işsiz qaldığını açıqlamışdı.

Buna da bax: Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Bu il ölkədə 10-dan çox bankın lisenziyası əlindən alınıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.

XS
SM
MD
LG