Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:23

Azərbaycan bankları növbəti böhranla üz-üzədirmi?


Yeni bank böhranı gəlir? - Ekspertlər danışır
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Yeni bank böhranı gəlir? - Ekspertlər danışır

Tənqidçi iqtisadçılar deyirlər ki, iqtisadiyyatda bəzi bir neçə göstərici bank sahəsində problemlərin olduğunu deməyə əsas verir.

Birincisi odur ki, prezidentin problemli kreditlərin həlli ilə bağlı fərman verməsinə baxmayaraq beləkreditlərin həcmi artır.

Beləliklə, vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-də 1 milyard 487.4 milyon manat təşkil edib.

Bu, iyulun 1-i ilə müqayisədə 0.1 faiz, təqribən 1, 5 milyon manat çoxdur.

Problemli kreditlər 43 faizdir

Müxalif ReAl partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirir ki, bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 11 faizə yaxın olub.

Onun sözlərinə görə, dünya təcrübəsi deyir ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3 faizini keçsə, artıq böhranlı vəziyyət yaranır, bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir, Azərbaycanda isə bu bu norma 3 dəfədən çox aşılıb.

Natiq Cəfərli bildirir ki, problemli kreditləri artıran səbəblərdən biri də istehlak kreditinin həcminin artması, bütün kreditlərin təqribən 43 faizini təşkil etməsidir.

Bank Standart-ın keçmiş əməkdaşı Əkrəm Həsənov deyir ki, istehlak kreditlərinin artması elə böhran göstəricisidir:

“Yəni ki, real sahibkarlara kredit vermək halı bu gün banklarda azdır. Ölkə iqtisadiyyatında inkişaf yoxdur. İnkişafın yolu budur ki, banklar gərək sahibkarlara kredit versinlər ki, iş yerləri artsın, maaşlar artsın və s. İndi pensiyaçılara, müəllimlərə kredit verilir. Onlar bu krediti qaytara bilməyəcəklər. Bu da əlbəttə ki, növbəti böhrana gətirə bilər”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Qaytarıla bilməyən kreditlər də, ev təsərrüfatı kreditləri də artır, iqtisadçılar bunun bank böhranına yol aça biləcəyini deyirlər.

Mərkəzi Bankın məlumatına görə, təkcə bu ilin yanvar-iyun aylarında ev təsərrüfatlarına verilən kreditlərdə təqribən 9 faiz artım müşahidə olunub. İyun ayına olan ev təsərrüfatları üzrə kredit portfelinin həcmi 5.8 milyard manatı keçib.

Bu dəfə də devalvasiya olsa...

İqtisadçı Natiq Cəfərli bildirir ki, hazırda kreditlərin az qala yarısı istehlak kreditləridir, bu isə ölkə iqtisadiyyatının "xəstə" olmasını göstərir.

Mövzu ilə bağlı Mərkəzi Banka sorğu göndərsək də, gün ərzində hansısa cavab ala bilmədik.

Bakı sakini, 3 uşaq atası Elbrus Babayev sürücü işləyir, deyir ki, 10 ildir kredit ödəyir və sonuncu dəfə pulu bankda uşağın müalicəsi üçün götürüb, hər ay 300 manatdan çox borc ödəyir:

“Uşaq əməliyyat olundu, onun üçün götürdüm. 7 minə qədər kreditim var. Hamı bilir ki, faiz bizdə çoxdur”.

Bank üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, hazırda bank sektorundakı durumun vətəndaşın həyatına təsiri neftin qiymətindən və devalvasiyadan çox asılı olacaq:

“Devalvasiya olmasa, bu böhran əvvəlkindən daha zəif olacaq. Yox əgər devalvasiya da olsa, onda əvvəlkindən də ağır durum gözləməyə dəyər. Çünki belə bir şey baş versə, heç kəs kredit ödəməyəcək. Bank sistemi üçün öhdəliklərə əməl edilməməsindən artıq bir şey ola bilməz”.

2015-ci ildə Azərbaycanda baş verən devalvasiyalardan sonra 10-dan çox bank bağlanıb. Hazırda ölkədə 30 civarında bank var. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. Keçmiş bank işçilərindən məsuliyyətə cəlb edilənlər də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG