Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:48

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib.

Təkcə ilin son 3 ayda idxalçılar ölkəyə 9 min 563 ton banan gətiriblər.

Buna da bax:​ 'Dolların ucuzlaşması daha çox vergi və gömrüyə təsir göstərir'

«Banan qadağası daha yoxdur»

Rəsmi qurumlar (DGK, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) idxalçıların adlarını açıqlamır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov düşünür ki, gömrük orqanlarındakı dəyişikliklər bir çox məsələləri çözdüyü kimi, banan idxalında da inhisarın aradan qaldırılmasına gətirib çıxarıb. O deyir ki, indi kim nə istəsə, rahatlıqla gətirə bilər.

Mediada dəfələrlə yazılıb təkzib edilmədiyi üçün heç kəsə sirr deyil ki, indiyədək Azərbaycanda banan idxalı hakimiyyətin ən yuxarı səviyyəsində təmsil edilən şəxslərdən birinin nəzarətində olub.

Buna da bax:​ İxrac da atib, idxal da

Şübhəli 2013-2014-cü illər

2013-2014-cü illərdə banan idxalı ilə bağlı DGK-nın məlumatları həm əvvəlki, həm də sonrakı illərlə müqayisəolunmaz dərəcədə aşağı göstərilib – 8 min 954 və 7 min 630 ton. Təkcə onu qeyd etmək yetər ki, 2011-ci ildə banan idxalı ən yüksək həddə çatmış və 23 min tonu aşmışdı.

Mütəxəssislər 2014-cü ildə idxalın azalmasını obyektiv amilə bağlayırlar: Həmin il «Ebola» virusunun banan vasitəsilə keçməsi haqda yayılan söz-söhbətlər idxalçıların «bazarını bağlamışdı».

DGK isə rəqəmlərdəki mediada tez-tez hallandırılan bu ziddiyyəti nə o zaman şərh edib, nə də indi. Halbuki qida təhlükəsizliyi ilə bağlı banan idxalına Azərbaycanda heç zaman qadağa rejimi tətbiq olunmayıb. Ticarət şəbəkəsində də bu tropik meyvənin qıtlığı hiss edilməyib.

Buna da bax:​ Azərbaycanın pomidor ixracatçıları 'qırmızı xətti' keçdi

İdxalçıların qazancı azalıb

Bu da diqqət çəkir ki, manat dəyərsizləşsə də, pərakəndə ticarətdə bananın qiyməti son iki ildə, demək olar, dəyişməyib. Dövlət Statistika Komitəsi (DSK) monitorinqinin nəticələrinə görə, ötən il ərzində qiymətlər 2 manat 75 qəpiklə 2 manat 40 qəpik arasında dəyişib. Manatın məzənnəsi dollardan yüksək olduğu dövrdə də banan təxminən bu qiymətə satılırdı.

DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - ovaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib. Bu qiymətlərə orta hesabla 36 faiz gömrük vergi və ƏDV (cəmi 50 qəpik) də əlavə olunsa, idxalçıların əvvəlki kimi yüksək qazanc götürmədiyi bilinir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG