Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:54

Rusiyadan Avropa Birliyinə xəbərdarlıq


"Şimal axını 2" kəmərinin çəkilişi.Baltik dənizi
"Şimal axını 2" kəmərinin çəkilişi.Baltik dənizi

Rusiya Avropa Birliyinə, “Şimal axını 2” qaz kəmərinin tikintisini əngəlləyə biləcək kəskin energetika qaydaları qəbul etməməyi xəbərdarlıq edib.

Bu barədə fevralın 9-da AP və DPA agentlikləri xəbər verirlər.

Qeyd edək ki, Baltik dənizinin dibindən keçəcək bu kəmər Rusiya ilə Almaniyanı birləşdirməlidir.

“Rusiyanı, qazı Ukrayna ərazisundən, onların şərtləri, tarifləri və qeyri-müəyyən olan qanunları əsasında ötürməyə məcbur etmək və layihəni bununla əngəlləmək istəyirlərsə, bu layihə çətin ki, işləsin”, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin fevralın 9-da RİA Novosti-ə deyib.

Avropa Birliyi ölkələrinin səfirləri bir gün əvvəl, bu cür kəmərlərlə qaz verilməsinin tənzimlənməsində blokun qaydalarının genişləndirilməsi ilə bağlı yeni təklifi qəbul ediblər.

Berlin buna qarşı çıxsa da, Fransa bu məsələdə özünün siyasi təsirlərini işə salmaqla hədələdiyinə görə kompramisə getməli oldu.

Razılaşmaya əsasən Almaniyanın tənzimləyici orqanları “Şimal axını 2” kimi layihələrə nəzarət edəcək, amma son sözü Avropa Birliyinin tənzimləyiciləri deyəcək.

Ekspertlər deyirlər ki, yeni qaydalar işə düşdükdən sonra, onlar Rusiyanın “Qazprom” şirkətini Avropa Birliyinin qaydalarına tabe edəcək və onun yeganə operator olmasına imkan verməyəcək.

“Şimal axını 2” gəməri demək olar ki, artıq çəkilmiş “Şimal axını 1” kəmərinin marşurutu üzrə uzanacaq.

Polşa və Ukrayna da daxil olmaqla Şərqi Avropa ölkələri bu layihəyə qarşı çıxır. Çünki bu kəmər bu ölkələrdən yan keçir.

ABŞ hesab edir ki, bu layihə Rusiyanın Almaniya üzərində bir nəzarət formasıdır və Avropanın enerji təhlükəsizliyinə əngəldir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG