Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:00

Baltik ölkələri Lukashenka və oğluna sanksiyalar elan edir


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Latviya, Litva və Estoniya Belarus prezident seçkisində iddia edilən saxtakarlıqlar və etiraz aksiyalarının zorakılıqla yatırılması ilə bağlı bu ölkənin vəzifəli rəsmilərinə sanksiyalar elan ediblər.

30 rəsmi şəxsin adından ibarət sanksiyalar siyahısında Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezidenti Alyaksandr Lukashenka-nın da adı var.

Bundan əvvəl belə bir siyahını Estoniya Xarici İşlər Nazirliyi dərc etmişdi. Latviyanın sanksiya siyahısında Belarus hakimiyyətinin 31 nümayəndəsi var.

Lukashenka və sanksiya siyahısında olan digər şəxslərə Baltik ölkələrinə daxil olmaq qadağan edilir.

Sanksiya siyahısına Lukashenka-nın oğlu Viktor Lukashenka, Belarus MSK-sının sədri Lidiya Yermoshina və daxili işlər naziri Yury Karayev də daxil ediliblər.

Bundan əvvəl Avropa İttifaqı ölkələri Belarus rəsmilərinə qarşı sanksiyalar irəli sürülməsinin zəruriliyi barədə prinsipcə razılığa gəlsələr də, sanksiya siyahısına daxil ediləcək şəxslərə dair məsələdə fikir ayrılığı yaranıb.

Bu siyahıya şəxsən Lukashenka-nın daxil edilməsi ilə heç də bütün Aİ ölkələri razılaşmırlar. Məhz belə bir yanaşma Belarus hakimiyyətinə qarşı sərt tədbirlər tərəfdarı olan Baltik ölkələrini müstəqil addım atmağa vadar edib.

Avropa Birliyi Lukashenka rejiminə qarşı sanksiyalar tətbiq edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Etirazlar üç həftədir ki davam edir

Belarusda artıq üçüncü həftədir ki, prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar davam edir. Etirazçılar Lukashenka-nın saxtakarlıqla prezident seçildiyini bildirirlər.

Etiraz aksiyalarında iştirak edənlərin bir çoxu saxlanıb, qəddarlıqla döyülüb və alçaltmalara məruz qoyulub. Bir neçə etirazçının həlak olduğu xəbər verilib.

Qərb ölkələri Belarus prezident seçkisinin nəticələrini tanımayıblar, baş verənlərə hiddətlərini bildiriblər və hakimiyyəti müxalifətlə dialoqa çağırıblar.

Rusiya və Azərbaycan da daxil bir çox keçmiş sovet respublikalarının rəhbərləri Alyaksandr Lukashenka-nı seçki qələbəsi münasibətilə təbrik ediblər.

Lukashenka-nın 9 avqust seçkisində əsas rəqibi olmuş Svyatlana Tsikhanovskaya hazırda Litvadadır.

O sentyabrın 4-də BMT Təhlükəsizlik Şurasında çıxış etməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG