Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:22

Mirel Celikovic də hamı kimi siqaret qutularının üzərindəki işarə və xəbərdarlıqları görür, o da siqaretin adamları öldürməsindən, bununla bağlı dəhşətli statistikadan xəbərdardır. Ancaq bununla yanaşı, o, beynəlxalq trendə qoşulub siqareti atmağa hər hansı səbəb görmür. Balkanlarda çox adam onun kimi düşünür.

Regionda, xüsusən də Celikovic kimi gənclər arasında siqaret çəkənlərin sayı get-gedə artır.

«Siqaret çəkməyin sənin özündən başqa kiminsə həyatına təhlükə olduğunu düşünmürəm. Bu, şəxsi seçim məsələsidir», – Bosniyanın Tuzla şəhərindən olan Celikovic deyir.

O, lap uşaq vaxtından siqaret çəkir.

Reklam kampaniyalarında siqaret çəkməyin sağlamlığa təhlükəsi haqda xəbərdarlıq edilir. Tütün məhsullarının alınıb-satılması ilə bağlı qaydalar sərtləşdirilir, yüksək vergilər tətbiq edilir. Bütün bu tədbirlər dünyada siqaret çəkənlərin sayını azaltmağa imkan verib.

YETKİN İNSANLARIN 30-40 FAİZİ

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hesablamalarına görə, 2015-ci ildə yetkinlik yaşına çatmış insanların 1/5-dən bir qədər artığı tütün məhsullarından istifadə edib. Bundan 10 il öncəyə aid məlumatlarda isə bu sayın 1/4 olduğunu görürük.

Ancaq Balkanlarda rəqəmlər tamam başqa mənzərəni göstərir. Regionda yetkin insanların 30-40 faizi siqaret çəkir və siqaretlə bağlı xəstəliklər erkən ölümlərin əsas səbəbidir.

Avropada siqaret çəkənlərin nisbətinə görə birinci yeri tutan Monteneqroda hər yetkin insan ildə orta hesabla 4 min 124 siqaret istehlak edir. Bu, ABŞ-dakı göstəricidən dörd dəfə, siyahıda ikinci yeri tutan Belarusdakından günə 1 siqaret çoxdur.

Siqaret çəkməyə başlayan gənclərin sayındakı artımsa daha acınacaqlıdır.

Makedoniya və Bosniya və Herseqovina da ən çox siqaret çəkilən ölkələrin siyahısında ilk onluqda yer alıb. Bu iki ölkədə siqaret istifadəçiləri bu yaxınlarda siqaretlə mübarizə qanunu qəbul etməyə çalışan hökumətə qarşı kampaniyaya başlayıblar.

LOBBİ FƏALİYYƏTİ

Son 20 ildə Balkanlarda siqaretdən istifadənin səviyyəsi düşsə də, bu göstərici Qərbi Avropa və inkişaf etmiş ölkələrlə müqayisədə hələ də yüksəkdir. Üstəlik, bu göstərici son bir neçə ildə artmaqdadır.

Hökumətlərin büdcə qıtlığı yaşadığı, bütün sahələrdə büdcəni azaltdığı Balkanlarda bəzi təhlilçilər bu artımı siqaretə qarşı tədbirlərin azaldılması və tütün sənayesinin güclü lobbi fəaliyyəti ilə bağlayırlar. Onlar hesab edirlər ki, tütün sənayesi siqaretə qarşı qanunların qəbulunu əngəlləməyə ciddi səy göstərir. Qanunlar qəbul olunsa belə, qəhvə və siqaretin gündəlik həyatın ayrılmaz hissəsi olduğu Balkanlarda nadir hallarda icra edilir. Məsələn, ictimai yerlərdə siqaret çəkməyin hələ 1995-ci ildə qadağan edildiyi Serbiyanın paytaxtı Belqradda hələ də siqaret çəkənləri hər yerdə görmək olur. Statistik məlumatlar göstərir ki, bu ölkədə siqaret çəkənlərin çoxu ilk siqaretini 13-15 yaşlarında yandırıb. Siqaret çəkən yeniyetmələrsə gündə yarım qutu siqaret istehlak edirlər.

QAÇAQMALÇILIQ HABI

Bu ilin yayında makedoniyalı deputatlar ictimai yerlərdə siqaret çəkmək qadağasını yüngülləşdirən qanun layihəsi təklif ediblər. Onlar bu qadağanın şəxsi hüquqları pozduğunu və turizm-otel biznesinə ciddi maneələr törətdiyini iddia ediblər.

Oxşar qanunu hələ 1997-ci ildə qəbul etmiş Bosniya bu il onu daha da sərtləşdirib. İndi artıq ölkədə bütün qapalı ictimai yerlədə siqaret çəkmək tamamilə yasaqlanıb.

Qanunvericilik səviyyəsində görülən tədbirlərə mane olan amillərdən biri də qaçaqmalçılıqdır. Dünya Bankının hesablamalarına görə, regionda istehlak olunan siqaretlərin yarıya qədəri vergilərdən yayınmaq üçün ölkəyə qaçaqmalçılıq yoluyla keçirilir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Monteneqronu «rəhbərləri bilavasitə və ya dolayısıyla ticarətdə iştirakını aqressiv şəkildə danan mühüm qaçaqmalçılıq habı» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG